• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda aşma təhlükəsi olan ağaclar daha çox haradadır?

Bakıda aşma təhlükəsi olan ağaclar daha çox haradadır?
15.12.2016 20:55
Bakıda aşma təhlükəsi olan ağaclar daha çox Nəsimi, Səbail və Nizami rayonlarındadır.

ANN.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Güclü küləklərin ağacları aşırmaması üçün hazırda gücləndirilmiş iş rejimində çalışdıqlarını deyən O.Məmmədovun sözlərinə görə, artıq bir necə gündür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekspertiza İdarəsinin rəyi ilə Bakıda aşma təhlükəsi olan ağaclar kəsilir.

O.Məmmədov deyib ki, Nəsimi, Səbail və Nizami rayonlarında 1970-ci illərdə əkilən və artıq qocalan ağaclar üstünlük təşkil edir: "Qovaq ağacları tez inkişaf edib böyüyür. Ona görə də həmin illərdə Bakının yaşıllaşdırılması zamanı qovaq ağaclarının əkilməsinə üstünlük verilib”.

Amma qovaq ağaclarının Bakının təbiətinə uyğun olmadığını deyən birlik rəsmisi əlavə edib ki, paytaxtda aşma təhlükəsi olan ağacların 90 faizi də qovaq ağaclarıdır: 

"Ümumiyyətlə, Bakıda hansı ağacı əkirsənsə ək, onun hündürlüyü 5 metrdən çox olmur. Çünki Bakıda münbit torpaq yoxdur. Qumluq da yumşaq olduğundan bir balaca külək olan kimi ağaclar aşır. Elə ağaclar aşır ki, onun aşmasına təəccüb edirsən”.

O.Məmmədov qeyd edib ki, Bakının küləklərinə daha yaxşı dözə bilən ağaclar zeytunlardır.

Onun sözlərinə görə, 2016-cı ildə Bakıda 10 milyona yaxın zeytun ağacı əkilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol