• $
  • €
  • ₽
  • ₺
  • £

"Universitetlərin özəlləşdirilməsi özbaşınalığa səbəb olacaq" - EKSPERT

"Universitetlərin özəlləşdirilməsi özbaşınalığa səbəb olacaq" - EKSPERT
15.12.2016 13:39
Prezident İlham Əliyev bu ilin mayın 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Bundan sonra bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsinə başlanılıb. Özəlləşdirilmə işləri əsasən, təmir-tikinti, avtonəqliyyat, xidmət, sənaye, emal və digər sahələri əhatə edir.

Ölkədə özəlləşdirilmə işlərinə start verilməsi, ali təsil və kolleclərin özəlləşdirmə məsələsini yenidən gündəmə gətirir.

Təhsil üzrə ekspert Kamran Əsədov ANN.Az-a açıqlamasında Azərbaycanda ali təhsil müəssisələri və kolleclərin özəlləşdirilməsinin özbaşınalığa səbəb olacağını deyib:

 
 
"Təhsil müəssisələrinin özəlləşdirilməsi dünya praktikasında var. Almaniyada, Fransada və başqa ölkələrdə dövlət demək olar ki, heç bir təhsil müəssisəsinin fəaliyyətinə qarışmır. Daha dəqiq desək, dövlət ali təhsil müəssisəsindən gələn gəlirləri öz büdcəsinə daxil etmir. Yalnız təhsil müəssisələrinin əldə etdiyi gəlirə uyğun vergi alır. Bu praktika Türkiyədə də belədir. Hər hansı bir kvota qoyulmur. Yalnız tələb qoyulub ki, hər universitet ona lazım olan müəyyən qədər kadr hazırlayacaq. Bizdə isə bütün dövlət təhsil müəssisələri dövlətdən gələn subsidiyalarla (ödənişlərlə) "ayaqda qalırlar”. Ona görə də, özəlləşdirmənin aparılması Azərbaycan təhsilinin inkişafına heç bir yardım göstərməyəcək. Çünki Azərbaycan elmi mərkəz olaraq, bu sahədən gəlir əldə edə bilmir. Azərabycanda elm tutumlu sahələr demək olar ki, yox səviyyəsindədir. Ali təhsil müəssisələrinin gəlirləri yalnız tələbələrin təhsil haqqlarındandır. Əgər özəlləşdirilmə baş versə, bu sahədə ciddi şəkildə özbaşınalıq yaranacaq. Təhsil haqqları artacaq, bəzi sahlərdə rüşvət halları artacaq və s. Bu səbəbdən, ali təhsil müəssisələri və kolleclərin özəlləşdirilməsinin doğru addım olduğunu düşünmürəm”.  

Ekspert təhsil müəssisələrinin özəlləşdirilməsinin deyil, publik hüquqi şəxsə çevrilməyini təklif edib:     

 
"Özəlləşdirmə həyata keçiriləcəksə, bu zaman bütün xidmətlər ödənişli olaraq həyata keçiriləcək. Bu da təhsil almaq istəyənlərin sayına ciddi təsir göstərəcək. Ancaq yaxşı olardı ki, özəlləşdirmə deyil, publik hüquqi şəxs yaradılsın və bu müəssisələrin böyük əksəriyyəti publik hüquqi şəxsə çevrilsin. Publik hüquqi şəxsin əsasnaməsində göstərilir ki, dövlətin lazım olan ehtiyatları (məsələn, dövlətə bu il 100 yaxşı oxuyan riyaziyyatçı, tarixçi lazımdı) öz meyarları çərçivəsində ödənişsiz əsaslarla, yəni bu şəxslərin maliyyəsini dövlət özü ödəməklə təmin edəcək. Amma digər qismini isə (özəl məktəblərdəki təhsil haqları qədər deyil) cüzi miqdarda təhsil haqqı ilə publik hüquqi şəxs kimi bu müəssisələr fəaliyyət göstərə bilərlər. Bu da Azərbaycan təcrübəsində özünü doğrulda bilməz. 90-cı illərin sonlarına nəzər yetirsək görərik ki, 1999-cu ildən etibarən, Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirilməsinə başlanılıb. Həmin ildən bəri özəlləşdirilən müəssisələrin fəaliyyəti hansı səviyyədə olmasına nəzər yetirək. Demək olar ki, onların fəaliyyətləri yoxdur, bəziləri isə maliyyə çatışmazlığından bağlandı. Bu baxımdan düşünürəm ki, təhsil müəssisələrinin özəlləşdirilməsində də eyni hal baş verəcək. Azərbaycanda 40-dan çox ali təhsil müəssisəsi, 70-ə yaxın kollec (peşə məktəbləri ilə birlikdə 130-dan çoxdur) fəaliyyət göstərir. Düşünmürəm ki, bu təhsil müəssisələrinin rəhbərləri özəlləşdirmə işlərini aparıb, yenidən fəaliyyətlərini əvvəlki qaydada davam edə bilsinlər. Onlar yalnız dövlətdən gələn hazır pulla hansısa fəaliyyətə göstərə bilirlər. Təhsil müəssisələrini özəlləşdirsələr, həmin ali məktəb və kolleclərin rəhbərləri müəssisələrin inanın ki, daşını, divarını, pəncərəsini - hər şeyini satacaqlar”. 

Ali təhsil müəssisələri və kolleclərin özəlləşdirilməsinə rəsmi münasibət öyrənmək üçün Təhsil Nazirliyinə sorğu göndərsək də, nazirlik sorğumuza hələ cavablandırmayıb.

Məsələni diqqətimizdə saxlayacayıq.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol