• $
  • €
  • ₽
  • ₺
  • £

"Sürücülər bəhanə gətirməsinlər" - Yol polisi

"Sürücülər bəhanə gətirməsinlər" - Yol polisi
15.12.2016 23:43
"Avtomobilin şaxtalı havada sürüşərək qəza törətməsi yol və meteoroloji şəraitin nəzərə alınmaması ilə bağlıdır. Qəzanın baş verməsinə yol şəraitinin, yolun buz bağlamasının bəhanə gətirilməsi səhv yanaşmadır".

ANN.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, avtomobillərin sürüşmə hallarını araşdırarkən əyləc sistemindən istifadə edilməsi, düzgün sürət həddinin seçilməməsi yaxud da diqqəti yayındıra biləcək hərəkətlər aşkarlanarsa, sürücü məsuliyyətə cəlb ediləcək:

"Yol və meteoroloji şərait nəzərə alınmazsa, avtomobil hərəkətdə olarkən sürüşüb qəza törədərsə və bu zaman maddi ziyan vurarsa, belə hallar araşdırılacaq və sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. Qanunda göstərilir ki, yol və meteoroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə olunmalıdır ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü toqquşmanın qarşısını ala bilsin".

V.Əsədov bildirib ki, bəzən sürücülər buzlu hava şəraitində avtomobil idarə etdiklərini unudub eyni zamanda əyləc sistemindən istifadə edirlər. "Bu da avtomobilin sürüşməsinə səbəb olur"

V.Əsədov əlavə edib ki, şaxtalı hava şəraitində yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol