Neftçilərin axtarışına 3 helikopter cəlb edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) dünən səhər saatlarında Xəzər dənizində baş verən hadisə ilə bağlı növbəti məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 15-də Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin üç helikopteri, "Vixr-5”, "Vixr-8” və "Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir.
Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























