• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə itkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək?

Xəzərdə itkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək?
16.12.2016 14:24
SOCAR-ın "Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərin "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” həyata keçirilib.

ANN.Az xəbər verir ki, SalamNews-a açıqlamasında şirkətin mətbuat katibi Elnur Hüseynquluyev deyib ki, baş vermiş hadisə ilə bağlı "Azneft” İB tərəfindən sığorta şirkətinə rəsmi müraciət daxil olmayıb, yalnız şifahi məlumat verilib: 

"Yəqin ki, yaxın saatlarda rəsmi müraciət ediləcək. Hazırda şirkətdə yaradılmış xüsusi qrup tərəfindən qəzada həlak olan neftçilərin siyahısı və onların ailə tərkibləri dəqiqləşdirilir. Ödənişlərin verilməsində heç bir problem olmayacaq. Ödənişlər qanunvericiliyə müvafiq qaydada tam vaxtında veriləcək. Müvafiq qurumlar tərəfindən lazımi sənədlər təqdim edildikdən sonra onların ailələrinə sığorta ödənişləri ediləcək. Proses nəzarətimizdədir. İtkin düşən neftçilərimizin ailələrinə səbir diləyirik”, - deyə E.Hüseynquluyev bildirib.

Qeyd edək ki, ötən gün baş vermiş məlum hadisə nəticəsində 10 nəfər neftçi itkin düşüb. Onlardan birinin meyiti dənizdən tapılaraq aidiyyəti quruma verilib.
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol