• $
  • €
  • ₽
  • ₺
  • £

Universitetin 6 prorektoru işdən çıxarıldı - Azərbaycanda

Universitetin 6 prorektoru işdən çıxarıldı - Azərbaycanda
16.12.2016 13:05
Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək 20-yə yaxın əməkdaş işdən azad olunub.
 
Ali məktəbin rektoru Havar Məmmədov APA-ya deyib ki, əməkdaşlar funksional vəzifələrini yerinə yetirməməsi, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında çıxarılıblar. H. Məmmədov qeyd edib ki, onların arasında işində verdiyi müəyyən nöqsanlara görə 5-6 mühafizə işçisi, 2 komendant, kadrlar şöbəsinin müdiri var.
 
İki nəfərin ixtisara düşdüyünü deyən H. Məmmədovun sözlərinə görə, universitetdə struktur dəyişiklikləri də edilib:
 
"Həmin vaxta kimi ali məktəbdə 9 prorektor olub. Bu sayda prorektor heç Moskva Dövlət Universitetində yoxdur. Universitetdə aparılan struktur dəyişikliyi nəticəsində onlardan 6-sı işdən çıxarılıb və  bu gün 3 prorektor işini davam etdirir. Bu vaxta kimi kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm”.
 
Rektor vurğulayıb ki, mövcud nizamnaməyə əsasən, bakalavr təhsili alan tələbələr universitetdə yalnız köməkçi heyətdə-laborant, baş laborant, mühəndis və digər işlərdə çalışa bilər, müəllim kimi dərs deyə bilməz. Amma Qafqaz Universitetində bakalavr təhsili alan gənclər müəllim kimi işə götürülüb və bu gün onların sayı 30 nəfərə yaxındır:
 
"Həmin gənclərlə mütəmadi görüşlər keçirilir, vəziyyət izah edilir. Onlardan 13-ü universitetdə fəaliyyət göstərməklə yanaşı, magistratura pilləsində təhsil alır. Bu günə kimi həmin müəllimlərin heç biri işdən çıxarılmayıb və Yeni ildə də onların işdən çıxarılması nəzərdə tutulmur, sadəcə universitet daxilində təhsillərinə uyğun şərait yaradılacaq”.
 
H. Məmmədov ali məktəbin yataqxanalarındakı vəziyyətlə bağlı bildirib ki, 200-ə yaxın tələbənin qaldığı 2 yataqxanada (qızlar və oğlanlar üçün ayrı) bütün lazımi şərait yaradılıb, onlar gündə 3 dəfə yeməklə təmin olunurlar.
 
Universitetin əlavə yataqxanasının tikilməsi gündəmdə deyil:
 
"Gələcəkdə yeni yataqxananın tikintisi nəzərdə tutulur. Amma bu gün gündəmdə ali məktəb üçün əlavə tədris korpusunun tikilməsi var. Keçmiş rəhbərlik bu işə başlasa da, yarımçıq qalıb. 2017-ci ildə yeni korpusun tikintisi davam etdiriləcək”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol