• $
  • €
  • ₽
  • ₺
  • £

"Qiymət artımı dolayı yolla Konstitusiyaya ziddir" - Ekspert

"Qiymət artımı dolayı yolla Konstitusiyaya ziddir" - Ekspert
16.12.2016 14:02
"Azərbaycan Respublikası prezidentinin 11 aprel 2016-cı il Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək əvəzinə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradıldı. Neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib. Lakin, 2017-ci ilin yanvarın 1-dən isə dövlət TQDK (DİM) işçilərə maaş verməyəcək”. 

Bunu ANN.Az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, onlara sadəcə 1 milyon pul ödəniləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq: 

 
 
"Apardığım araşdırma nəticəsində məlum oldu ki, fəaliyyəti dövründə dövlət icra orqanı olaraq, əvvəllər dövlət büdcəsindən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrılırdı. Bunun təxminən, 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Amma yeni yaradılan Dövlət İmtahan Mərkəzi isə dövlət tərəfindən maliyyələşdirilməyəcək. Ona görə də, bu qurum tərəfindən keçiriləcək imtahanların qiymətində ciddi artımın olması qaçılmazdır. Amma Nazirlər Kabinetinin təstiq etdiyi yeni əsasnaməyə görə, dövlət tərəfindən TQDK-ya sifariş verilən IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq.

Ekspert bildirib ki, DİM ilkin olaraq IX siniflər üçün online sınaq imtahının qiymətində ciddi artım etdi:

""imtahan.az” saytından qeydiyyatdan keçib öz biliyini və hazırlıq səviyyəsini yoxlamaq istəyən məktəbli indi 7 manatından keçməli olacaq. Qeyd edim ki, keçən il sınaq imtahanına yazılış 3 manat (ƏDV daxil 3.54 AZN) idi. Amma bu o demək deyil ki, TQDK-nın indiyə qədər keçirdiyi imyahanlar pulsuz idi. Hər il TQDK tərəfindən keçrilən 1 sınaq imtahanında iştirak etmək üçün iştirakçı 3 manat (ƏDV daxil 3.56 AZN), qəbul imtahanında iştirak etmək üçün 2 manat (ƏDV daxil 2.36 AZN) ödəməli olurdu. İştirak etdiyi imtahanın nəticəsini öyrənmək üçün isə iştirakçı 0.26 AZN-indən keçməli idi. Bu o deməkdir ki, qeyd olunan məbləğlər DİM tərəfindən ciddi şəkildə artırılacaq. 

 
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2016-cı ildə sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi istifadə sayı 1757979 təşkil edib ki, bu xidmətdən istifadə haqqı 0.26 AZN-dir. 

Bundan əlavə, 2016-cı ildə ali təhsili müəssisələrinin bakalavriat səviyyəsinə sənəd vermək istəyən abituriyentlər üçün elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulundan istifadə sayı 96249 olub. Bu xidmətdən istifadə haqqı 2.54 AZN-dir.

Başqa bir statistikaya nəzər salsaq görərik ki, 2016-cı ildə namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu istifadə sayı 286782 dəfə olub ki, bunun da xidmət haqqı 2.54 AZN təşkil edir. 

Bakalavriat səviyyəsinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanından istifadə sayı 2016-cı ildə 195879 dəfə olub ki, bu xidmətdən istifadə haqqı 3.56 AZN-dir”.

K. Əsədovun sözlərinə görə, 2016-cı ildə TQDK-nın göstərdiyi bunlardan əlavə də xidmətlər olub:
 
"Bu fəaliyyətdən əldə edilən gəliri hesablasaq görərik ki, DİM-in imtahanların qiymətlərinin artırmasına heç bir ehtiyac yoxdur. Düzdür, hal-hazırda dünyada qəbul olunmuş İELTS, TOEFL, YÖS, SAT imtahanları da Azərbaycanda keçrilir və ödənişlidir. Bu imtahanlarda iştirak üçün ödənilən məbləğ TQDK-nın imtahan qiymətləri ilə müqayisədə çox yüksəkdir.

Lakin burada bir məsələ var. Qeyd etdiyim imtahanların nəticələri beynəlxalq aləmdə ciddi şəkildə qəbul edilir və tanınır. Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi sınaq, qəbul imtahanlarında və jurnal, kitab - kitabçalarından kifayət qədər böyük məbləğ əldə edir və xidmət tariflərinin qaldırılması günün tələbi deyil. Nə qədər ki, TQDK-nın imtahan nəticələri beynəlxalq nəticələr kimi qəbul edilmir, xidmət haqqı artırıla bilməz. Yəni imtahanda abituriyentə təqdim olunan 20 səhifəlik sual kitabçası və 1 vərəqəlik cavab kartının hazır vəziyyətə gətirilməsi üçün 60-80 qəpik vəsait sərf olunur. Bu da abituriyentin imtahanda iştirak etmək üçün ödədiyi 3.56 manatın içərisindədir.

 
 
Azərbaycanda keçrilən bir neçə beynəlxalq imtahanlardan misal gətirim: 

TKT dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. British Council tərəfindən Bakıda keçrilən və beynəlxalq arenada ciddi qəbul edilən bu imtahan 100 manatdır. 

Bundan başqa, ABŞ, Kanadadan tutmuş, Avstraliyaya qədər bütün dünya ölkələrinin ali təhsil müəssisələri tərəfindən nəticələri qəbul edilən SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manatdır. Tükiyənin ali məktəblərinə imtahanların qiyməti 50-60 dollardır. Amma qeyd etdiyim kimi, bu imtahan nəticələrinin qüvvədə olma müddəti bir neçə ildir və bu imtahanların nəticələri bütün dünyanın istənilən ali təhsil müəssisəsi tərəfindən qeyri-şərtsiz tanınıb qəbul edilir. 

Bütün hallarda TQDK (DİM) tərəfindən imtahanların xidmət haqqının qaldırılmasını müsbət addım kimi qiymətləndirmirəm və hesab edirəm ki, bu, aztəminatlı alilələrin təhsil almasına ciddi şəkildə maneə olacaq. Bu da Azərbaycan Respublikasının Konstitusiyasına və Təhsil Haqqında qanunun prinsiplərinə ziddir”.

Kamil ƏMİRLİ

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol