• $
  • €
  • ₽
  • ₺
  • £

“Əsgərə məktub” layihəsi davam edir - FOTOLAR

“Əsgərə məktub” layihəsi davam edir - FOTOLAR
16.12.2016 20:13
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "Əsgərə məktub” layihəsi davam edir.
 
Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan I-XI sinif şagirdləri könüllülük əsasında əsgərlərə məktub yazırlar.

Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir.

Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur. Əsgərlərimizdə ruh yüksəkliyini daha da artırmaq  məqsədi daşıyan layihə dekabrın 20-dək davam edəcək.

Xalqımızın birliyini nümayiş etdirən, yaşından asılı olmayaraq hər kəsin mübariz ruhunun təcəssümü olan əsgərlərə yazılan məktublar paytaxtın təhsil işçiləri tərəfindən cəbhə bölgəsində xidmət edən əsgərlərimizə çatdırılacaqdır.
 





www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol