• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA: Son günlər Azərbaycanda qeyri-adi sürətə malik küləklər qeydə alınıb

AMEA: Son günlər Azərbaycanda qeyri-adi sürətə malik küləklər qeydə alınıb
16.12.2016 17:13
Son 2 gündə Azərbaycanda qeyri-adi sürətə malik olan küləklər qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında deyib ki, bu küləklər həm Bakıda, həm rayonlarda, həm də Xəzər dənizində müşahidə olunub. M.Həsənov bildirib ki, Bakıda sürəti 31-32 saniyə/metr olan küləklər əsib və paytaxtda belə küləklərin olması qeyri-adi haldır.
 
Onun sözlərinə görə, son 2 gündə açıq dənizdə - Xəzər akvatoriyasında küləyin sürəti 43 saniyə/metrə çatıb: "Bu da nadir haldır. Xəzərin adi vaxtda açıq akvatoriyasında küləyin sürətinin 25-28 saniyə/metr olması adi hal hesab olunur. Amma küləyin sürəti 38 saniyə/metrdən yuxarı olması nadir, təsadüfü hallarda qeydə alınan hadisədir. 1969, 1971, 1972-ci illərdə buna bənzər və yaxın hallar olub. Son 30 ildən sonra ötən günlərdə küləyin sürəti ilə bağlı qeyri-adi hal yenidən təkrarlanıb. Bunun da səbəbi Şərqi Avropada baş verən müxtəlif siklonların bir qolunun Azərbaycan ərazisindən keçməsidir”.
 
M.Həsənov qeyd edib ki, ümumiyyətlə, son 10 il ərzində qasırğa formalı küləkləyin sayı, intensivliyi, gücü artıb. Onun sözlərinə görə, bu hallar respublikanın qərb zonasında, xüsusilə Daşkəsən, Goranboy, Gədəbəy, Göygöldə özünü daha çox büruzə verir. İqlimşünas vurğulayıb ki, bu da qərbdən hava kütlələrinin birbaşa şimal-qərb istiqamətində gəlməsi nəticəsindədir: "Artıq belə küləklər ardıcıl müşahidə olunur. Məsələn, Gəncədə 2016-cı ilin sentyabrında ayrı-ayrı günlərdə sürəti 25-40 saniyə/metr olan küləklər müşahidə olunub ki, bunlar da böyük rəqəmlərdir”.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol