• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Safari Parkı yaradılacaq

Azərbaycanda Safari Parkı yaradılacaq
17.12.2016 18:11

Azərbaycanın ekoloji turizm potensialının araşdırılacaq və milli parklarda müxtəlif turizm fəaliyyətləri təşkil ediləcək.

Oxu.Az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm NazirliyiEkologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirəcək və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq, marşrutlar üzrə əlverişli fəaliyyət cədvəlinin tərtibatı işi təşkil ediləcək. 

Bu fəaliyyətə milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəmüvafiq hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər.
 
Milli parklar boyunca məlumatlandırıcı işarələrin yerləşdirilməsi və milli parkların Azərbaycan, ingilis, alman, fransız və rus dillərində xəritələrinin hazırlanması imkanları araşdırılacaq. "Azərbaycanda ekoturizm” albomu hazırlanaraq nəşr olunacaq və onlayn platformalarda yerləşdiriləcək, eyni zamanda ekoturizm üzrə internet portalının yaradılması məsələsi nəzərdən keçiriləcək.
 
Strateji Yol Xəritəsində Şamaxı Safari Parkının yaradılacağı da əksini tapıb. Şamaxı Safari Parkının yaradılması ilə bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görüləcək və bu parkın gələcəkdə onlayn platformalar və digər vasitələrlə təşviqi həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi2017-2020-ci illər ərzində Şamaxı Safari Parkının yaradılması və təşviqini təmin etməlidir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol