Bakıda avtomobil partladı - FOTOLAR

Bakının Yasamal rayonunda minik avtomobili yanıb.
ANN.Az xəbər verir ki, hadisə dekabrın 18-də saat 23:30 radələrində rayonun Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
99 BJ 481 dövlət nömrə nişanlı "Mercedes A Class" markalı minik avotmobili hərəkətdə olarkən anidən yanmağa başlayıb.
Hadisə şahidlərinin ANN.Az-a verdiyi məlumata görə, yanğın baş verdikdən sonra maşında partlayış səsləri eşidilib.
Qəza yerinə dərhal yanğınsöndürmə və təcili təbbi yardım briqadası cəlb olunub. Avtomobil qısa zaman ərzində söndürülüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Faktla bağlı araşdırma aparılır.








Kamil Əmirli
Fotoların müəllifi: Elvin Mahmudzadə
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























