• $
  • €
  • ₽
  • ₺
  • £

Turistlər üçün muzeylərə endirim ediləcək

Turistlər üçün muzeylərə endirim ediləcək
19.12.2016 11:51
Bakı şəhərinin mühüm turizm sahələrinin cəlbediciliyini daha da artırmaq məqsədilə ölkə ərazisinə daxil olduqları zaman hava limanlarında və vağzallarda turistlərə muzeylərə aid həm vauçerlər, həm də endirimli biletlər təklif ediləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Sənəddə qeyd edilir ki, hədəf ölkələr üçün turizm paketlərinin yaradılması həmin bazarlardan əlavə turistləri cəlb etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Milli Turizm Təbliğat Bürosu işlərini xarici və yerli turoperatorlar ilə əlaqələndirərək Novruz bayramı ərəfəsində yerləşdirmə vasitələri və təyyarə biletlərini əhatə edən turist xidmət paketlərinin hazırlanmasını təşviq edəcək.

Bundan əlavə, Azərbaycanın, əsasən də Bakının Novruz bayramı ərəfəsində cəlbediciliyini artırmaq məqsədilə çərşənbə axşamlarında və bayram zamanı açıq havada festivallar, Azərbaycan və regionun qonşu ölkələrindən folklor musiqi ifaları və Novruz süfrələri ətrafında fəaliyyətlər təşkil ediləcək. Həmin tədbirlərdə iştirak da bu paketlərə əlavə ediləcək.

Bundan əlavə, yerli turoperatorların internet səhifəsi vasitəsilə turistlərə uçuş, mehmanxana, avtomobil kirayəsi və turlar da daxil olmaqla, hərtərəfli səyahət seçimləri təklif edən "özün hazırla” paketlərinin hazırlanması imkanı təmin ediləcək. Turistlər turoperatorların internet səhifələrinə daxil olaraq istədikləri uçuş istiqamətini, mehmanxananı və s. xidmətləri seçməklə, xüsusi turist xidmət paketini hazırlamış olacaqlar. Bu sistem hər bir turisti günlük turlara, avtomobil kirayəsinə, turizm məkanlarına və tədbir çərçivəsində keçirilən satışlara sövq edəcək ki, bu da gəlirlərin artmasına imkan verəcək. Təklif ediləcək "özün hazırla” onlayn turizm xidmət paketləri yerli turizm agentlikləri ilə, uyğun qiymətə mehmanxanalardan tutmuş yüksək qiymətə mehmanxanalarla, avtomobil kirayəsi və satış xidmətləri ilə, eləcə də restoran, muzey və cəlbedici turizm məkanları ilə tərəfdaşlığı da əhatə edəcək.

Qeyd edək ki, Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradılacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol