• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Azərbaycanda analoq televiziya yayımı tam dayandırılacaq

Bu gün Azərbaycanda analoq televiziya yayımı tam dayandırılacaq
20.12.2016 09:25
Azərbaycanda bu gündən etibarən son olaraq 14 rayonda analoq televiziya yayımı dayandırılacaq və beləliklə ölkə üzrə tam olaraq rəqəmli TV yayımına keçiləcək.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov "Report"a bildirib ki, dekabrın 20-dən etibarən analoq yayımı həyata keçirən 330 televiziya ötürücüsünün sonuncuları da söndürüləcək: "Hazırda rəqəmli televiziya yayımını 145 TV ötürücüsü həyata keçirir. Amma bəzi ərazilərdə olan boşluğu aradan qaldırmaq üçün daha 45 ötürücü sifariş olunub. Onlar da quraşdırıldıqdan sonra ötürücülərin say 190-a çatdırılacaq. Bakı şəhərində 18, Abşeronda isə 20 rəqəmli televiziya ötürücüsü quraşdırılıb. Quraşdırılan rəqəmli televiziya ötürücüləri əsasən İtaliyadan gətirilib. Bundan başqa, Rusiya, Türkiyə, Baltikyanı ölkələr, az sayda olsa da Almaniya və Yaponiya şirkətlərindən də ötürücülər alınıb".

Dekabrın 20-də-son mərhələdə analoq yayımın dayandırılacağı rayonlar Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astaradır.

Qeyd edək ki, MTRŞ-nın qərarına əsasən rayonlarda analoq yayımın dayandırılması mərhələli şəkildə həyata keçirilib.

Birinci mərhələdə - 1 dekabr tarixdən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, ikinci mərhələdə - 10 dekabr tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda analoq yayım dayandırılıb.

Bakı və Abşeronda isə analoq yayım noyabrın 1-dən etibarən dayandırılıb.  


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol