• $
  • €
  • ₽
  • ₺
  • £

81 adda 205 qutu keyfiyyətsiz dərman vasitəsi satışdan çıxarıldı

81 adda 205 qutu keyfiyyətsiz dərman vasitəsi satışdan çıxarıldı
20.12.2016 23:04
Azərbaycanda yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra qanunla müəyyənləşmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki,Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bu gün keçirilən mətbuat konfransında bildirib ki, bu yoxlamalar konkret müraciətlər əsasında həyata keçirilib. Onun sözlərinə görə, nəticədə 2 əczaçılıq müəssisəsində deyilən faktlar təsdiqlənməyib: "Lakin digər 3 aptekdə dövlət qeydiyyatından keçməyən və keyfiyyət sertifikatı olmayan 81 adda 205 qutu dərman vasitəsi satışdan çıxarılıb. Həmin dərman preparatları məhv ediləcək. Araşdırmalardan sonra həmin apteklərin fəaliyyətinin dayandırılıb-dayandırılmamasına qərar veriləcək”.
 
Müdir müavini Azərbaycanda dolların məzənnəsinin manata nisbətən dəyişməsinin dərman bazarına və qiymətlərə təsirinə də aydınlıq gətirib. Onun sözlərinə görə, qiymətlərə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil, bu məsələyə Tarif Şurası məzənnəyə uyğun nəzarət edir. Bu yaxınlarda qiymətlərə yenidən baxıldığını deyən P. Əzizbəyov qeyd edib ki, qiymətlər yeni məzənnəyə uyğunlaşdırılıb: "Dərman vasitəsinin keyfiyyəti onun qiyməti ilə bağlı deyil. Dərman dövlət qeydiyyatından keçibsə, rəsmi yolla idxal olunursa, onların daşınma və saxlanma şərti gözlənilirsə, ölkədə satışına icazə verilir. Dərmanların qiyməti onların idxal olunduğu ölkələrdəki iqtisadi vəziyyətə və qiymətlərə uyğunlaşdırılır. Məsələn, Rusiyada dərmanların qiyməti nisbətən ucuz, Avropada isə nisbətən baha olur. Buna əsasən Azərbaycan bazarında da həmin dərmanların qiyməti tənzimlənir”.
 
P. Əzizbəyov vurğulayıb ki, bazarda dövlət qeydiyyatından keçməyən dərmanlar da olur. Belə halların mütəmadi olaraq araşdırıldığını deyən müdir müavinin sözlərinə görə, lazımi orqanlara məlumat verilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol