• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistandan gətirilən peyvəndlər keyfiyyətsizdir? - RƏSMİ CAVAB

Hindistandan gətirilən peyvəndlər keyfiyyətsizdir? - RƏSMİ CAVAB
20.12.2016 19:17
"Digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir. Bununla yanaşı qablaşdırılması və içlik vərəqəsinin şərtlərə uyğunluğu yoxlanılır”.

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Polad Hacıbalayev deyib. P.Hacıbalayevin sözlərinə görə, ölkədə istifadə olunan peyvəndlər də digər dərman preparatları kimi mütləq dövlət qeydiyyatından keçməlidir. Onlara 5 illik istifadə üçün qeydiyyat vəsiqəsi verilir.

Azərbaycana gətirilən peyvəndlərin istehsal edildiyi ölkələrin Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) tərəfindən tövsiyə olunan ölkələr olduğunu vurğulayan P.Hacıbalayev deyib ki, həmin tövsiyə edilən ölkələrdən savayı heç bir yerdən peyvənd gətirilmir və ÜST tərəfindən də kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət var. P.Hacıbalayev bildirib ki, insanlar Hindistandan gətirilən peyvəndlərin keyfiyyətsiz olduğunu deyirlər: "Düzdür, aralarında pisləri olsa da ümumilikdə Hindistanın özünün də yaxşı peyvənd istehsalçıları var”.

Dərman vasitələrinin qeydiyyatı ekspertizası şöbəsinin mütəxəssisi Ulduz Eyvazova isə deyib ki, peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddə olduğundan onun əks təsirinin olması üçün bir çox amillər ola bilər və bu yöndə genetik faktorlar da rol oynayır. Çox zaman valideynlərin peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətlərindən narahat olduqlarını qeyd edən U.Eyvazova deyib ki, valideynlər bunu peyvənd və vaksinlərin köhnə və əlavə təsiri ilə əlaqələndirirlər: " Əslində peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksion xəstəlikləri yüngül formada keçirsinlər. Peyvənddən sonra uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Və mikrob orqanizmə düşdüyü zaman artıq uşağın bədənində buna qarşı qoruyucular olacaq. Yəni peyvənddən sonrakı əlamətlər əlavə təsir deyil, bunların olması normal reaksiyadır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol