• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 380-dən artıq avtomobil cərimələndi

Bakıda 380-dən artıq avtomobil cərimələndi
20.12.2016 18:08
Noyabrın 1-dən bu günə qədər texniki baxışdan keçməyən 380-dən artıq avtomobil cərimələnib.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, cərimə olunan avtomobillərdən 31-i avtobus, 44-ü yük maşını, digərləri isə minik avtomobilləridir.

Bölmə rəisi qeyd edib ki, həmçinin texniki cəhətdən tam nasaz, xarici görkəmi tam yararsız, eyni zamanda istismar müddəti bitmiş 27 avtomobil yol hərəkətindən kənarlaşdırılıb:

"Həmin avtomobillərin kənarlaşdırılması üçün müvafiq sənədləşdirmə aparılıb. Avtomobil sahiblərinin razılığı ilə yararsız avtomobillərin yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq sənədlər hazırlanaraq aidiyyatı üzrə göndərilib”.

V.Əsədov bildirib ki, avtomobillərin sayına görə texniki baxışdan keçmə qənaətbəxşdir, amma yenə də keçməyənlər var, hələ də qarajlarda texniki baxışdan keçməyən avtomobillər var.

Bölmə rəisi sürücüləri avtomobillərini texniki baxışdan keçirməyə çağırıb:

"Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində müasir diaqnostika şöbəsi var. Orada fasiləsiz olaraq avtomobillərə baxış keçirilir və texniki cəhətdən saz olan avtomobillərə talon verilir".

Qeyd edək ki, avtomobillərin texniki baxışdan keçməməsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunurlar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol