Türk səfirin müşavirinin qızı intihar etdi - Bakıda

Bakıda intihar hadisəsi baş verib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb. Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, intihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O səfirin gömrük işləri üzrə müşaviridir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























