• $
  • €
  • ₽
  • ₺
  • £

Akif Əlizadə: "Dövlət Fizika Universiteti yaradıla bilər"

Akif Əlizadə: "Dövlət Fizika Universiteti yaradıla bilər"
21.12.2016 12:47
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi mühiti ilə tam əhatə olunmuş akademik universitetin yaradılması mühüm məsələdir.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, AMEA prezidenti Akif Əlizadə akademiyanın ümumi yığıncağında bildirib ki, bəzən tədqiqat universiteti ilə akademik universitet eyni hesab edilsə də, onların fəaliyyətləri fərqlidir. Onun sözlərinə görə, tədqiqat universiteti elmi-tədqiqat sahəsinə önəm verən xüsusi qurumdur, akademik universitet isə akademik mühitə inteqrasiya olunmuş elmi təhsil müəssisəsidir.
 
Akademiya prezidenti AMEA və Təhsil Nazirliyinin birgə elmi-tədqiqat institutlarının yaradılmasını da təklif edib. O vurğulayıb ki, AMEA Fizika İnstitutunun bazasında gələcəkdə dövlət akkreditasiyası ala bilən Dövlət Fizika Universiteti yaradıla bilər:
 
"Bu universitet Azərbaycanda fizika elminin nailiyyətləri, uğurları sahəsində işlər görə bilər. Bakı Dövlət Universitetinin Elmi Şurası və AMEA Rəyasət Heyətinin qərarı ilə Riyaziyyat İnstitutu, ətraf mühitin aerokosmik məsələlərini müzakirə etmək üçün Azərkosmos birgə elmi mərkəzin yaradılması nəzərdən keçirilə bilər. Konkret sahələr üzrə birgə fəaliyyətin yaradılmasına nail ola bilsək, müxtəlif sahələr üzrə inkişaf əldə olunar. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat fənləri üzrə müəllimlərin təkmilləşdirilməsi kurslarının təşkili faydalı ola bilər. Bəzi akademik institutlarda elmi tədris mərkəzlərinin yaradılması mümkündür”.
 
A.Əlizadə əlavə edib ki, bəzi hallarda magistraturada dərslər bakalavr proqramının genişləndirilmiş formasında tədris olunur. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməli olduğunu deyən AMEA prezidenti qeyd edib ki, yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələblərə tədris olunması üçün yeni effektiv mexanizmlər işlənib hazırlanmalıdır. Akademiyanın bu sahədə böyük elmi potensialının olduğunu qeyd edən AMEA rəhbəri bildirib ki, yüksək nano, bio, info, nüvə texnologiyaları ilə bağlı tədqiqatlar aparan akademik qurumların qapıları ali təhsil müəssisələrin müəllimləri ilə yanaşı, tələbələrin də üzünə açıqdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol