• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial sığınacaqlar yaradılacaq - AÇIQLAMA

Sosial sığınacaqlar yaradılacaq - AÇIQLAMA
21.12.2016 19:45
Əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərinin rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar yaradılacaq.
 
Bunu ANN.Az-ın sorğusuna cavab olaraq qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

E. Babayevin sözlərinə görə, sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin ediləcəklər. O bildirib ki, əvvəlki illərdə çətin hava şəraitinin müşahidə olunduğu günlərdə müvəqqəti sığınacaqların yaradılması yalnız təşəbbüs əsasında həyata keçiriləcək.

Belə bir tədbirin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsində, habelə müvafiq qanunvericilikdə nəzərdə tutulmadığından, 2015-ci ildən müvəqqəti sığınacaqların yaradılması dayandırılıb.
 
Şöbə müdiri əlavə edib ki, 2014-cü ildə nazirlik belə tədbirlərin təşkilinin məhz normativ hüquqi əsasla tənzimlənməsinin zəruriliyini nəzərə alaraq, çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən qaydanın layihəsini hazırlayıb: "Ötən müddətdə həmin layihənin tam razılaşdırması mümkün olmadığından sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq sosial sığınacaqla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
 
Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol