• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda torpaq sürüşməsi aktivləşib

Şamaxıda torpaq sürüşməsi aktivləşib
22.12.2016 15:18
Son bir ayda intensiv olaraq yağan yağış və qardan sonra Şamaxı şəhərində və kəndlərdə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.

APA-nın yerli bürosunun xəbərinə görə, son vaxtlar şəhərin Hüseyn Ciddi küçəsində və Şəhidlər xiyabanının ətrafında sürüşmə sahəsi daha da genişlənib.

30-dan çox evdə çatlar əmələ gəlib. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus daha 4 fərdi evin divarlarında iri çatlar əmələ gəlib, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahnəzər Qasımov bildirib ki, şəhərin şimal-şərq hissəsində hazırda 10-dan çox ev qəzalı vəziyyətdədir: 

"Mənzillərin divarlarında iri çatlar əmələ gəlib. Evlər hər an sürüşmə zamanı dağıla bilər. Sakinlərə məxsus meyvə bağlarında çoxsaylı torpaq batmaları baş verib. Son günlər qarın yağmasından sonra yenidən aktivləşən sürüşmə hər gün davam edir”.

İcra Hakimiyyəti təmsilçisinin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində indiyədək rayonun 7  kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində qəzalı vəziyyətə düşən 404 ev var. Bu evlərdən 84-ü bu il baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb, həyətlərdə torpaq sürüşməsi və çökməsi baş verib, yarğanlar əmələ gəlib.

İndiyədək 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə keçirilib. Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 20 hektar genişlənərək 40 hektara çatıb. Ümumilikdə isə 100-dən dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə zonalarına baxış keçirərək sakinlərlə görüşüblər. Son günlər yağan qardan sonra Şamaxıda aktivləşən torpaq sürüşməsinin fəsadları və evlərə dəyən ziyan barədə rayon Fövqəladə hallar komissiyası tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol