Son 3 ayda yağıntının miqdarı dəfələrlə çox olub

Bu ilin sentyabr, oktyabr və noyabr aylarında Azərbaycanda havanın temperaturu iqlim normasından 1,2-1,3 dərəcə aşağı olub.
ANN.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, həmin aylarda ölkədə yağıntıların miqdarı xeyli çox olub.
Onun sözlərinə görə, ötən 3 ayda yağıntının miqdarı dəfələrlə artıb: "Sentyabrda yağıntının miqdarı çoxillik normadan 9 dəfəyə, oktyabrda 7 dəfəyə, noyabrda isə 4 dəfəyə qədər çox olub. Sentyabrda belə yağıntılar sonuncu dəfə 40 il əvvəl qeydə alınıb. Belə hallar çox az-az, nadir baş verən hadisələrdir. Ümumiyyətlə, temperaturun aşağı olması və yağıntıların artması səbəbindən bu ilin sentyabr ayı Azərbaycanda tamamilə fərqli keçib”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























