• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni dini icmalar qeydiyyatdan keçdi

Yeni dini icmalar qeydiyyatdan keçdi
22.12.2016 20:47
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.
 
Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
 
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və mövcud qanunvericilik dövlət-din münasibətlərini yüksək səviyyədə nizamlayır.
 
Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışının nümunəvi xarakter daşıdığını vurğulayan Komitə sədrinin birinci müavini ölkəmizin dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyi olduğunu diqqətə çatdırıb.
 
Yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə tövsiyələrini verən S.Salahlı onların yerlərdə müvafiq dövlət qurumlarının nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətinin zəruriliyini vurğulayıb.
 
Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə dini maarifləndirmə tədbirlərində, qeyri-ənənəvi dinlərə qarşı mübarizədə daha fəal iştirak etmələrini tövsiyə edib.
Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol