• $
  • €
  • ₽
  • ₺
  • £

"Öz Biznesinə Başla!” layihəsinin yeni mövsümünə start verilir

"Öz Biznesinə Başla!” layihəsinin yeni mövsümünə start verilir
23.12.2016 11:37
"Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində hər il həyata keçirilən "Öz Biznesinə Başla! Yeni Mövsüm" layihəsi bu il böyük kütləni cəlb etmək məqsədindədir. 

Belə ki, bu mövsümdə layihəyə müraciət edən 150 nəfərdən seçilən 30 gənc multipleyer adı qazanmaq uğrunda 4 günlük TOT ("Training of Trainers”) təlimlərində iştirak ediblər.

TOT təlimləri sahibkarlıq anlayışı, hədəflərin təyin edilməsi, biznesdə komandanın rolu, SWOT analiz, SMART məqsədlər və digər mövzularda peşəkar təlimçilər Müşviq Həsənov tərəfindən və bədən dili, auditoriyaya psixoloji təsir faktorları, natiqlik bacarıqları, auditoriya ilə davranış və s. mövzularda Anar Məmmədov tərəfindən keçirilib. Hazırlığın son mərhələsi olaraq gənclər öyrəndikləri nəzəri bilikləri, həmçinin, auditoriya qarşısında çıxış etmək, səs tonu və bədən dilini idarə etmək, kütləni ələ almaq, liderlik bacarıqlarını nümayiş etdirmək məqsədilə layihə koordinatoru və təlimçilər qarşısında çıxış ediblər.

"Layihə çərçivəsində təşkil olunmuş TOT təlimlərində iştirak etdim. Burada fərqli komanda ruhunu hiss edirəm. Peşəkar təlimçilərin təqdimatında multipleyer yaxşı olmaq üçün ilk addımları mənimsəmiş oldum”, - deyə layihə iştirakçısı Türkan Şahvələdli bildirib.

"Mən burada öyrəndiklərimlə özümü inkişaf etdirirəm, digər tərəfdən də mənim kimi gənclərin inkişafında rol oynayıram. Belə məsuliyyətli işi bizə inanıb həvalə etdikləri üçün "Youth Inc.” kollektivinə təşəkkürümü bildirirəm”, - deyə layihənin digər iştirakçısı Cəlal Camalov qeyd edib.

Hazırlıq mərhələsini uğurla tamamlamış 23 multipleyerlərlə memorandum imzalanıb. Onlar dekabr ayından etibarən ali təhsil ocaqları, gənclər təşkilatları və bir sıra təlim-tədris ocaqlarının nümayəndələri qarşısında çıxış edir, auditoriyaya sahibkarlıq anlayışının təbliği istiqamətində müxtəlif mövzularda bilikləri çatdırırlar. Layihənin iyun ayınadək davam etməsi nəzərdə tutulub. Ötən mövsümlərdən layihəni fərqləndirən cəhət isə müxtəlif şirkətlərdən dəvət olunan peşəkarların təqdimatında vaxtaşırı master-klassların və açıq qapı günlərinin keçirilməsi olacaq. Sözügedən layihə imkanlarını Bakı və ətraf bölgələrlə məhdudlaşdırmayaraq regionlara səfəri də planlaşdırır.

Qeyd edək ki, multipleyer – bilik və bacarıqları, məlumatı, vərdişləri təlimçidən alan və onları geniş qruplara ötürən şəxsdir. Təlimlərin məqsədi gənclərdə biznes ideyanın formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlilinin aparılması, məqsədlərin qoyulması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatın artırılmasıdır.

Xatırladaq ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." proqramı "Coca-Cola" şirkəti, Gənclər və İdman Nazirliyi və "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyin (DVC) dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc." Proqramının illər ərzində göstərdiyi aktiv fəaliyyəti nəticəsində 15 müxtəlif biznes layihələr həyata keçirilib, 25 startap dəstəklənib və 7 minə yaxın gənc əhatə olunub. Proqramın məqsədi Azərbaycanda gənc sahibkarlıq anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatlığının artırılması və gənclərə öz bizneslərini yaratmaqda dəstək olmaqdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol