• $
  • €
  • ₽
  • ₺
  • £

Coğrafiya İnstitutu: 6 rayonda sürüşmə aktivləşib

Coğrafiya İnstitutu: 6 rayonda sürüşmə aktivləşib
23.12.2016 13:46
"Payız aylarının həddən artıq rütubətli keçməsi nəticəsində ölkə ərazisində mövcud olan sürüşmə təhlükəli zonalarda vəziyyət gərgin olaraq qalmaqdadır". 

ANN.Az  APA-ya istinadən xəbər verir ki, bunu  Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
 
Direktor müavini bildirib ki, temperaturların mənfi və müsbət dərəcə arasında oynaması, süxurların gecə donması, gündüz isə temperaturun müsbət hala keçməsi sürüşmə sahələrindəki intensivliyi daha da artırıb. Onun sözlərinə görə, xüsusi sürüşmə təhlükəli zonalar Böyük Qafqazın cənub-şərq hissəsində, yəni İsmayıllı, Ağsu, Şamaxı Qobustan, o cümlədən Xızı, Siyəzən rayonlarındadır.
 
E.Əlizadə vurğulayıb ki, Şamaxıda həm əvvəldən mövcud olan sürüşmə sahələrində, həm də Şamaxı şəhərinin özündə, İsmayıllı rayonunda isə Basqal, İstisu və Buynuz kəndlərində intensiv sürüşmə hadisələri müşahidə olunur. Şamaxı şəhəri, rayonun Muğanlı, Mədrəsə kəndləri, Qobustanın Poladlı kəndi və digər ərazilərdə sürüşmə təsərrüfatlara və evlərə ciddi ziyan verməkdədir: "İsmayıllının İstisu, Buynuz, Çaydərəsi zonasında, Girdimançay dərəsi və ona yaxın olan kəndlərdə, Basqal, Sulut və ona yaxın kəndlərdə, Xızı rayonu ərazisində Altıağac-Xızı yolu və ona yaxın olan kəndlərdə olan sürüşmə səbəbindən təsərrüfatlara, evlərə və yollara böyük ziyan dəyir. Gərginlik Qubada, Qusarın Ləzə kəndi və ona yaxın olan kəndlərdə də qalmaqdadır”.
 
E.Əlizadə əlavə edib ki, Bakıda da mövcud sürüşmə sahələrində aktivlik və gərginlik müşahidə olunmaqdadır. Onun sözlərinə görə, Zığ qəsəbəsində, Masazırda isə qəbiristanlıq və onun ətrafında olan sürüşmə sahələrində vəziyyət gərgindir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol