• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Bayramov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Rəşad Bayramov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
24.12.2016 21:20
"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

ANN.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident İlham Əliyev!

Sizi "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası adından 55 illik yubileyiniz münasibəti ilə təbrik edirik və ən xoş arzularımızı səmimi olaraq çatdırırıq!

Biz Azərbaycanda fəaliyyət göstərən, təhsil və maarifçilik dəyərlərini təbliğ edən kampaniya olaraq dövlətin arxalana biləcəyi təhsilli və aydın gənclərdən ibarət vətəndaşların formalaşması istiqamətində çalışırıq. İnanırıq ki, təhsilli və maariflənmiş gənc daim üzərinə düşən məsuliyyəti anlayaraq dövlətinin tərəqqisi üçün fəaliyyət göstərəcəkdir.

Sizin hər zaman gənclərin səmimi dostu olmağınız gördüyümüz işlərin ən böyük stimuludur. Sizə inamımız bizə göstərdiyiniz sayğının və inamın nəticəsidir.

İnanırıq ki, güclü təhsil güclü dövlət deməkdir. Sizin də hər zaman təhsilə olan diqqətiniz vətənə və gələcəyə olan ən böyük inamınızdır. Necə ki, Siz bunu daim çıxışlarınızda qeyd edirsiz: "Vətənini sevən hər bir insan gələcəyi düşünməlidir”

Bir daha, Sizi doğum günü münasibəti ilə təbrik edir, gördüyünüz tarixi missiyada atılan hər addıma görə təşəkkür, gələcək işlərdə uğurlar arzu edirik!

Dərin hörmətlə,

Rəşad Bayramov

"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri"

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol