• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yolda hərəkət məhdudlaşdırıldı

Bu yolda hərəkət məhdudlaşdırıldı
26.12.2016 10:32
Ötən gecə İsmayıllı rayonuna yağan güclü qar İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda avtomobillərin hərəkətini iflic edib, gecədən səhərədək bir neçə avtomobil yolda qalıb. Bu yoldakı dolaylarda təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq "İsmayıllı Yol İstismar” MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür və nəqliyyatın hərəkəti  qismən bərpa olunub.
 
Hazırda dumanlı hava şəraitinin davam etməsi nəticəsində Muğanlı-İsmayıllı yolunda avtomobillərin sürücüləri üçün  çətinliklər yaranıb. Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.

Qeyd edək ki, ötən gecə İsmayıllı rayonuna 20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 santimetr hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb, bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol