• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qriplə bağlı vəziyyət açıqlandı

Azərbaycanda qriplə bağlı vəziyyət açıqlandı
26.12.2016 14:07
Azərbaycanda qriplə bağlı vəziyyət stabildir.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev APA-ya deyib ki, nazirlik tərəfindən ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, onun qarşısını almaq mümkündür. Baş epidemioloq qeyd edib ki, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur: "Yayda da, qışda da qripə yoluxmaq olar. Sağlamlığının qeydinə qalmayan insanlar ilin bütün fəsillərində xəstələnə bilirlər.  Ümumilikdə, bu gün qriplə bağlı heç bir narahatçılıq yoxdur”.
 
İ.Ağayev son zamanlar yayılan qripin daha uzun müddət davam etməsi barədə deyilənlərə də münasibət bildirib. O qeyd edib ki, qripin kimdəsə çox və ya az davam etməsi hər bir insanın özündən asılıdır. Baş epidemioloqun sözlərinə görə, insanlar xəstə olduqları müddətdə işə gedirsə, küçəyə çıxırsa, soyuq mühitdə olursa, qrip uzun müddət davam edir: "Özlərini qorumayan şəxslər hər zaman soyuqdəyməyə meylli olurlar. Amma biz kimin xəstələnib-xəstələnməyəcəyi barədə proqnoz verə bilmərik. Hər evə həkim, tibb işçisi xüsusi nəzarət edə bilməz. Hər bir şəxs sağlamlığının qeydinə qalmalıdır. Virus insandan asılı olmayaraq orqanizmə yoluxur. Yoluxmanın arealına xüsusi nəzarət oluna bilməz. Bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol