• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən Yeni il XƏBƏRDARLIĞI

Yol polisindən Yeni il XƏBƏRDARLIĞI
26.12.2016 15:00
"2017-ci ildə də təhlükəsizliyimizi təmin etmək üçün hər bir yol hərəkət iştirakçısını nizam-intizama dəvət edirik, diqqətli olsunlar, xüsusilə piyadalar onlar üçün ayrılmış ərazilərlə hərəkət etməyə üstünlük versinlər”.

ANN.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov.

V.Əsədov bildirib ki, Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrində piyadaların avtomobillərlə vurulması halları çox ciddi narahatlıq doğurur:

"İl ərzində piyadaların vurulması təxminən 58 faiz təşkil edir. Ancaq istər ölkə üzrə, istərsə də Bakı şəhəri üzrə yol nəqliyyat hadisələrinin sayı azalır. Yəni, il ərzində ölkə üzrə 200-ə qədər yol qəza hadisəsinin azalması, 150-ə yaxın ölüm faktının azalması onu deməyə əsas verir ki, yol polisi tərəfindən görülən tədbirlər müsbət nəticələr əldə etməyə imkan verib. Ancaq yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı hələ də işlər görülməlidir”.

Onun sözlərinə görə, bunun üçün hər kəs nizam-intizamlı olmalı, "Yol hərəkəti haqqında” qanunun tələblərinə düzgün riayət etməlidir:

"Bununla hər kəs yol-hərəkət mədəniyyətini nümayiş etdirmiş olur ki, bu da yol qəza hadisələrinin sayının azalmasına müsbət təsir göstərir. Hər şeyi yol polisindən tələb edirik. Razıyam, tələbkarlıq yaxşıdır. Əgər tələbkarlıq varsa, münasibət müsbətə doğru dəyişib, eyni zamanda, şüur səviyyəsi dəyişib, insanların hüquqi bilikləri artıb. Ancaq hər kəs tələbləri yerinə yetirməlidir. Sürücülər dayanma, durmaya fikir versinlər, sürət həddinə əməl etsinlər və yol hərəkət nişanlarının tələblərinə riayət etsinlər. Piyadalar da onlar üçün ayrılmış ərazilərlə hərəkət etsinlər, yolun hərəkət hisəsinə çıxmasınlar. Tövsiyələrimiz budur”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol