• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda itkin düşən azərbaycanlıların yeni sayı AÇIQLANDI

Qarabağda itkin düşən azərbaycanlıların yeni sayı AÇIQLANDI
26.12.2016 16:07
2016-cı il dekabrın sonuna olan məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydə alınmış itkinlərin sayı 3866 nəfərdir.

Modern.az-ın Dövlət Komissiyasından əldə etdiyi məlumata görə, itkin kimi rəsmi qeydə alınmış şəxslərdən 3123 nəfəri hərbçilər, 743 nəfəri isə mülki şəxslərdir.

Mülki şəxslərdən 62 nəfəri uşaqlar (20 nəfər qız, 42 nəfər oğlan), 261 nəfər qadınlar, 301 nəfər qocalardır (152 nəfər yaşlı qadın).
Haqqında əsir-girov götürüldüyünə dair məlumatr daxil olmuş şəxslərin sayı 873 nəfər təşkil edir ki, bunlardan da 591-i hərbçilər, 282-si mülki şəxslərdir ( o cümlədən 29 nəfər uşaq (7 nəfər qız, 22 nəfər oğlan)), 99 nəfər qadın, 112 nəfər qoca (63 nəfər qadın)).

Bu günədək əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1437 nəfər olub. Onlardan hərbçilər - 351 nəfər, mülki şəxslər – 1086 nəfər (o cümlədən, uşaqlar - 210 nəfər (74 nəfər qız, 136 nəfər oğlan), qadınlar - 342 nəfər, qocalar - 285 nəfər (108 nəfər qadın)) olub.
 
21.12.2016-cı il tarixinə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslər Azərbaycan tərəfindən 3768 nəfər, erməni tərəfindən 780 nəfərdir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol