• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yaşlıların təhsili və ixtisasartırma kursları təşkil olunacaq

Azərbaycanda yaşlıların təhsili və ixtisasartırma kursları təşkil olunacaq
27.12.2016 09:24
Azərbaycanda yaşlıların təhsili və ixtisasartırma kursları təşkil olunacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2017-ci ildə yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı normativ hüquqi bazaya zəruri dəyişikliklər barədə müvafiq dövlət qurumları məsləhətləşmələr apararaq, peşə təhsili sahəsini sistemli şəkildə tənzimləyəcək liberal və demokratik qanunvericilik bazasının yaradılması istiqamətində müvafiq təkliflər hazırlayacaqlar.

Bundan başqa, 2017-2019-cu illərdə yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı aidiyyəti tərəflərlə müzakirələrin aparılması nəzərdə tutulur. Təhsil Nazirliyi müvafiq dövlət qurumları və işəgötürənlər ilə birlikdə yaşlıların təhsili və ixtisasartırma kurslarına tələbatın olduğu prioritet sahələr üzrə kursların təşkili imkanlarını, müəssisə və təşkilatların kadr hazırlığına investisiya qoyuluşunu stimullaşdıracaq mexanizmləri, yoxsul və aztəminatlı insanların həmin kurslarda iştirakı ilə bağlı xərclərinin dövlət tərəfindən təmin edilməsi imkanlarını müəyyən edəcək, eləcə də həmin kurslar üçün təhsil proqramlarının (kurikulumların) tərtibini, müvafiq müəllim-pedaqoji heyətin seçilməsini və lazım olduğu təqdirdə, onlar üçün əlavə təlimlərin təşkilini həyata keçirəcək.

Eləcə də Təhsil Nazirliyi aparılan araşdırmalar və müzakirələr nəticəsində əldə olunan məlumatlar və normativ hüquqi bazada edilən dəyişikliklər əsasında peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili üzrə mexanizm hazırlayacaq. Bu mexanizm çərçivəsində işsizlərin əmək bazarında tələb olunan sahələr üzrə yeni bacarıqları əldə etməsi üçün modul tipli çevik kurslar, işləyənlərin səriştəsinin artırılması və özünüinkişaf imkanlarının yüksəldilməsi üçün ixtisasartırma kursları, eləcə də əhalinin istənilən təbəqəsi üçün müəyyən sahələr üzrə təlim kursları (kompüter, dil, tikiş, toxuculuq, çilingər, qaynaqçı və s.) təşkil ediləcək. Müvafiq dövlət qurumları qeyd edilən kursların təhsil proqramlarını (kurikulumları) özəl sektorla əməkdaşlıq yolu ilə hazırlayacaqlar. Yaşlıların təhsili üzrə resurs mərkəzləri (peşəyönümü, məlumat, maarifləndirmə, təbliğat və s. funksiyaların icrası üçün) də yaradılacaq.

Bu prioritetin real ÜDM-i 1 milyon manat həcmində artıracağı proqnozlaşdırılır. Bu təsir yaşlılar və dövlət təşkilatları tərəfindən ixtisasartırma kurslarına sərf ediləcək məbləği əks etdirir və adambaşına təxminən 400 manat məbləğində iştirak haqqının ödəniləcəyi gözlənilir. Yaşlılar üçün kursların iştirakçılarının sayı 2020-ci ilədək 17 faiz artım tempinə malik olacaq. Bu prioritetin icrası nəticəsində bütövlükdə 177, bilavasitə peşə təhsili sektorunda isə 140 yeni iş yerinin yaradılacağı gözlənilir.

Yaşlıların təhsili üçün kurslarda istifadə olunması məqsədilə tərtib ediləcək yeni kurikulumlar (tədris vəsaiti, kitablar, onlayn dərsliklər daxil olmaqla) üçün 300 min manat həcmində vəsait tələb olunacağı proqnozlaşdırılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol