"Partlayışda ölən və yaralanan yoxdur" - FHN

"Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan olmayıb".
ANN.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub..
Bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb.
Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib. Əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub:
"Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyyə olunan olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yaşayış məntəqələri üçün təhlükə yoxdur".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























