Atletlər kəndindəki evlər satışa çıxarılacaq

Bakıda 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən sonra Atletlər kəndi şirkətə qaytarılacaq.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bildirib ki, İslam Həmrəyliyi Oyunlarından sonra qarşıda elə də böyük idman tədbirinin keçirilməsi gözlənilmir:
"Ona görə də Atletlər kəndi şirkətə qaytarılacaq. Atletlər kəndi sahibkara qaytarıldıqdan sonra yəqin ki, o evlər satışa çıxarılacaq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























