Bakıda mədrəsələr açılacaq

Azərbaycanda yeni mədrəsələr Bakıda və regionlarda açılacaq.
ANN.Az modern.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Komitə sədri bildirib ki, 8-ə qədər yeni mədrəsələrin açılması nəzərdə tutulur:
"Bu mədrəsələrin açılması tədricən həyata keçiriləcək. Həmin mədrəsələrin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi olacaq. Bu mədrəsələrdə tədris proqramları Dini Komitə ilə birgə hazırlanacaq”.
M.Qurbanlı həmçinin qeyd edib ki, tədricən Azərbaycanda din xadimləri ölkədə təhsil almış şəxslər olacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























