• $
  • €
  • ₽
  • ₺
  • £

Durğu işarələri ilə bağlı yeni layihə

Durğu işarələri ilə bağlı yeni layihə
27.12.2016 17:36
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutu "Azərbaycan dilində durğu işarələri” adlı nəşr hazırlamağı nəzərdə tutur.

ANN.Az xəbər verir ki, bu barədə Trend-ə İnstitutdan məlumat verilib.

İnstitutdan bildirilib ki, bu məsələ artıq gələn ilin iş planına daxil edilib. AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Trend-ə bildirib ki, Azərbaycanın yazı mədəniyyətinin ən böyük problemi durğu işarələri məsələsidir.

Alimin sözlərinə görə, bu məsələnin həlli bir nəfər alimin yazdığı kitabla məhdudlaşdırılmamalıdır. Dilçilik İnstitutunun "Azərbaycan dilində durğu işarələri” kitabını nəşr etməsi vacibdir.

N.Cəfərovun sözlərinə görə, mətbuatda, yazılı nəşrlərdə durğu işarələrinin işlənməsi ilə bağlı çox ciddi problemlər var:

"Bu sahədə çox ciddi sistemsizlik var. Birinci qüsur odur ki, durğu işarələrinin işlənmə yeri müəyyənləşdirilsə də, yazılarda ona əməl edilmir. İkinci qüsur odur ki, cümlələrdə bəzi hallarda durğu işarələrinin qoyulmasının düzgün olub-olmadığı məlum olmur və bu, elmi cəhətdən əsaslandırılmır. Başqa bir məsələ isə üslubi məqamlarla bağlıdır. Bəzən cümlələrdə üslubi məqamlardan asılı olaraq, durğu işarələri qoyula bilər. Lakin bu məsələ də elmi baxımdan əsaslandırılmalıdır”.

N.Cəfərov qeyd edib ki, orta məktəblərdə durğu işarələri öyrədilsə də, şagirdlərə cümlələrin müəyyən yerlərində durğu işarələrinin qoyulub-qoyulmaması barədə konkret məlumat verilmir:

"Elmi əsasları məlum olmayan bir çox məqamlar var ki, onlar barədə də orta məktəblərdə məlumat verilmir. Ona görə də bu gün yazılı nəşrlərimizdə belə problemlər ortaya çıxır”.

N.Cəfərov hesab edir ki, Dilçilik İnstitutu tərəfindən "Azərbaycan dilində durğu işarələri” adlı nəşrin hazırlanması bu kimi problemlərin aradan qaldırılmasına kömək edə bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol