• $
  • €
  • ₽
  • ₺
  • £

Təhlükəli virus yayılıb - Azərbaycanda

Təhlükəli virus yayılıb - Azərbaycanda
28.12.2016 14:02
Son günlərdə Azərbaycanda yoluxucu xəstəlik yayılıb. Virus daşıyıcıları daha çox baş ağrısı, qızdırma, ürəkbulanma və bir çox hallardan şikayətlənir. Hətta sosial şəbəkələrdə yayılmış virusun ciddi olduğunu, kütləvi hal aldığını yazanlar da var.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva qafqazinfo.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda hər hansı bir qrip virusu aşkar olunmayıb.
 
Sakinlərdə müşahidə olunan mövsümü xarakter alan respirator virus infeksiyalarıdır:
 
"Hazırda ölkədə respirator infeksiya, qrip halları ilə bağlı artım yoxdur, əksinə, ötən illə müqayisədə eyni səviyyədədir. Virusların yayılmasının əsas səbəbi də sakinlərin həkimə müraciət etməməsi, xəstə vəziyyətdə ictimiyyət arasına çıxmasıdır”.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də Azərbaycanda qriplə bağlı vəziyyətin stabil olduğunu bildirib. Epidemioloq sözlərinə görə, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən, qripə yoluxma ilə bağlı hər hansı narahatedici vəziyyət yoxdur:

"İnsanlar xəstə olduqları müddətdə işə getməməli, küçəyə çıxmamalıdır. Asqıran, öskürən şəxslər birinci növbədə həkimə müraciət etməlidir. Ancaq indi xəstə şəxslərdən soruşun ki, hansı həkim qəbulunda olub? Virusa yoluxmuş şəxslər mütləq maskadan istifadə etməli, həm iş, həm də ev şəraitində bir müddət təcrid olunmalıdır. Əgər xəstə evdə olarsa, onu mütləq ayrı otağa keçirməli, istifadə etdiyi qab-qaşığı ayırmaq lazımdır. Mümkün qədər xəstələrlə kontaktdan qaçmaq lazımdır. Hazırda bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol