• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internet niyə iflic olub?

Azərbaycanda internet niyə iflic olub?
28.12.2016 16:10
Son günlərdə Azərbaycanda internetin keyfiyyəti hiss olunacaq dərəcədə pisliyə doğru dəyişib. Həmçinin bəzi milli internet resurslara girişlə bağlı problemlər yaranıb. Son bir neçə gündə isə hətta İT sahəsindən yazan bloqçular, biznes, elm - təhsil yönümlü sayt sahibləri bəzi provayderlər üzərindən resursların açılmasında problemlərlə üzləşdiyini bildirirlər. Həmçinin sosial mediada mərc oyunları ilə bağlı bəzi beynəlxalq resurslara girşlərdə məhdudiyyətlərin olması ilə bağlı müzakirələr gedir. Görünən budur ki, bütün bu məhdudiyyətlər pərakəndə halda baş verir. Bəzi resurslar bir neçə provayderlərdə normal işləyir, digərlərində isə giriş bloklanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

AİF prezidentinin fikrincə, müvafiq dövlət qurumları bununla bağlı rəsmi açıqlama verməlidir: "AİF olaraq biz qanunvericiliklə məhdudlaşdırılması vacib olan resursların ola biləcəyini istisna etmirik. Amma bütün bunlarla bağlı rəsmi açıqlamaların verilməsi, ayrı-seçkiliklərin olmaması, məhdudlaşdırmaların hüquqi əsaslarının göstərilməsi çox vacibdir. Düşünürük ki, bu kimi addımlar sonda həm Azərbaycanın beynəlxalq imici, Azərbaycan internetinin azadlığı, eləcə də ölkədə rəqəmsal sahibkarlığın, internet biznesin inkişafı üçün ciddi problemlər yarada bilər. Həmçinin bu cür pərakəndə formada bloklama, rəsmi yanaşmaların olmaması sonda milyonlarla vəsait xərclənərək qurulan Regional Data Mərkəzdən qlobal resursların da istifadəsində ciddi problemlər yarada bilər. Ümid edirik ki rəsmi qurumlar bununla bağlı açıqlamalar verəcəklər".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol