• $
  • €
  • ₽
  • ₺
  • £

Uşağı infeksiyadan qorumaq üçün mütləq əməl edin

Uşağı infeksiyadan qorumaq üçün mütləq əməl edin
28.12.2016 20:58
Qış mövsümündə uşaqlar arasında yuxarı tənəffüs yolu infeksiyaları halları tez-tez baş verir.
 
Soyuqdəymə, qrip, təkrarlanan sinusit, badamcıq, boğaz əti və orta qulaq iltihabları soyuq hava günlərində ən çox rast gəlinən xəstəliklərdəndir. Uşaqlıq çağında ildə 5-6 dəfə keçirilən bu xəstəliklərdə vaxt itirmədən müalicəyə başlamaq çox əhəmiyyətlidir. Çünki gecikdirildikdə infeksiya yayıldığı bölgədə hərarət, orta qulaq iltihabı və sətəlcəm kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Qısası, uşağınızı yuxarı tənəffüs yollarından müəyyən qədər qorumaq mümkündür. Bunun ən təsirli yolları isə qrip peyvəndi etdirmək və əlləri tez-tez yumaqdır. Bəs başqa hansı tədbirlər görülməlidir? Aile.lent.az uşaqları xəstəliklərdən qorumaq üçün valideynlərə bəzi məsləhətlər verir.
 
İlk 6 ay yalnız ana südü ilə qidalandırın
 
Körpəni xəstəliklərdən qorumağın ən təsirli üsullarından biri onu ilk 6 ay yalnız ana südü ilə qidalandırmaqdır. Çünki ana südünün tərkibindəki anticisimlər körpənin ümumi immunitet sistemini gücləndirərək xəstəliklərə qarşı müqavimətli olmasını təmin edir.
 
Qat-qat geyindirin
 
Soyuq hava bədəndəki kapilyar damarların büzülməsinə səbəb olaraq, həmin bölgədə qan dövranını azaldır. Bunun nəticəsində də xəstəliyə zəmin hazırlayır. Bədən müqavimətinin düşməməsi və soyuqdan qorunması üçün uşağı böyüklərlə müqayisədə bir qat daha qalın geyindirin. Belə ki, uşağın paltarları mühit istiliyinə uyğun şəkildə, qat-qat olmalıdır. Uşağa bir qalın geyim əvəzinə bir neçə yüngül paltarı qat-qat geyindirmək istilik izolyasiya baxımından daha təsirlidir. Sintetik olmayan, təri əmən pambıq tərkibli parçalardan olan paltarlar geyindirməkdə fayda var. Diqqət yetirməli olduğunuz başqa məqam budur -  uşaqlarda istilik itkisi baş bölgəsində daha çox olduğu üçün başına qalın papaq qoyun.
 
Hər saat başı otağı havalandırın
 
Hava soyuq olanda valideynlər pəncərələri açmağa qorxur. Halbuki yuxarı tənəffüs yolu infeksiyalarından qorunmağın başqa təsirli yolu mühiti yaxşı havalandırmaq və infeksiyadan uzaq saxlamaqdır. İnfeksiyalar hava və damcı yolu ilə yoluxduğu üçün yaxşı havalandırılmış mühitlərdə xəstəliyin yoluxma riski aşağı düşür. Bu səbəbdən də olduğunuz mühiti, otağı hər saat başı 5 dəqiqə havalandırmağa çalışın.
 
Bu qidaları bol-bol yedizdirin
 
Pomidor tərkibindəki likopenlə immunitet sistemini gücləndirir. Ərik, nar, alma, portağal və üzüm immunitet sistemini gücləndirən qidalar arasındadır. Albalı və albalı suyu da kaliumla, A vitamini ilə zəngin meyvədir. A vitamini tənəffüs yolu dayanıqlılığını artırır. Yüksək protein tərkibli ət, süd, yumurta kimi yeməklər də antikor istehsalını artıraraq bədənin ümumi müqavimətini yüksəldir. Odur ki, mövsümündə bu qidaları süfrənizdən əskik etməyin.
 
Maska ​​taxın
 
Xəstələnmisinizsə, uşağın yanında mütləq maska ​​taxın və xəstə insanlarla ünsiyyətini minimuma endirin. Xəstə insanlar uşağı öpməkdən qaçmalıdır. Çünki ağız ifrazındakı virus və bakteriyalar bu yolla uşağa keçərək xəstəliyə gətirib çıxarır. Uşağınızla eyni çəngəl, qaşıq, stəkan kimi əşyaları istifadə etməyin. Əllər daşıyıcı olduğu üçün viruslu səthlərlə təması yox etmək ən təsirli yoldur. Əllərinizi təmiz saxlayın. Uşağı infeksiyadan qorumaq üçün əl gigiyenasına diqqət yetirmək çox əhəmiyyətlidir. Uşağın da əlləri ən az 2 dəqiqə sabunla yuyulub, qurulanmalıdır. Əgər əllərini özü yuyacaq yaşdadırsa, bunu vərdiş halına gətirməsini təmin edin. Hansı yaşda olursa-olsun, əllərini qurulama əməliyyatında ortaq dəsmal istifadə etməməyə də diqqət edin.
 
Peyvəndini mütləq etdirin
 
Xüsusilə soyuqdəymə və qrip kimi ciddi infeksiyalardan qorunmanın bir başqa təsirli üsulu isə peyvənddir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol