• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun yeni rektoru tələbələrlə görüşdü - FOTOLAR

ADU-nun yeni rektoru tələbələrlə görüşdü - FOTOLAR
28.12.2016 20:27
Professor Əfqan Abdullayev ADU-nun tələbələri ilə görüşlər keçirib.
 
ANN.Az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev və universitet rəhbərliyinə daxil olan şəxslər Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Tərcümə, Filologiya və Jurnalistika, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşlər keçirib. 21-28 dekabr 2016-cı il tarixlərində keçirilən görüşlərdə 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və normativ sənədlərə uyğun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
 
 
Ə.Abdullayev imtahan sessiyası dövründə yarana biləcək hər hansı problemi dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədi ilə universitetdə Operativ Qərargah yaradıldığını tələbələrin nəzərinə çatdırıb. O, tələbələri əmin edib ki, biliyin qiymətləndirilməsində obyektivlik və şəffaflıq tam təmin ediləcək, imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.

 
Görüş zamanı tədrisin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili və s. məsələlərlə bağlı təkliflər dinlənilib.
 
Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol