• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən Yeni il XƏBƏRDARLIĞI

Yol polisindən Yeni il XƏBƏRDARLIĞI
29.12.2016 11:23
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq:

"Bununla əlaqədar yollarda, xüsusilə də respublika əhəmiyyətli yollarda nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunacaq. Ona görə də səfərə çıxan sürücülərdən sürət həddinə və ötmə qaydalarına düzgün riayət etmələrini tövsiyyə edirik. Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq və bu günlər ərzində yol-hərəkət qaydalarına əməl edilməsini təmin etmək, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə hallarının qarşısınının alınması məqsədilə respublikanın avtomobil yollarında, o cümlədən yerli əhəmiyyətli yollarda mütəmadi reydlər keçiriləcək. Ona görə də sürücülərdən xahiş olunur ki, bayram günlərində qaydalara ciddi riayət etsinlər və sərxoş vəziyyətdə sükan arxasında əyləşməsinlər”.

K.Əliyev həmçinin, piyadalara da müraciət edib:

"Bu bayram günlərində, xüsusilə paytaxt Bakıda gəzintiyə çıxan insanların sayı çox olacaq. Buna görə də piyadalardan da çox xahiş edirik ki, yolu onlar üçün müəyyən olunmuş yerlərdən keçsinlər, yolun hərəkət hissəsinə çıxmasınlar, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol