Şöbə müdirindən övladlığa verilən uşaqlarla bağlı açıqlama

"Övladlığa götürmə zamanı qurumlararası fəaliyyətlərin tənzimlənməsində, uşaqlar övladlığa verildikdən sonra onların həyat və şəraitinə nəzarətlə bağlı problemlər var".
ANN.Az xəbər verir ki, bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, Ailə Məcəlləsinə əsasən, uşaqlar övladlığa verildikdən sonra həyat və şəraitinə nəzarəti yerli icra hakimiyyəti orqanları həyata keçirir:
"Ancaq onların bu işi həyata keçirməsində boşluqlar var. Bununla bağlı xüsusi qaydaların olması lazımdır. Ailə Məcəlləsində gərək bu məsələ tənzimlənsin. Bunun əsasında gələcəkdə həmin qaydaları hazırlayaraq, Nazirlər Kabinetinə təqdim edəcəyik".
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























