• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da Operativ Qərargah yaradıldı

ADU-da Operativ Qərargah yaradıldı
29.12.2016 14:23
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev universitetin professor-müəllim heyəti ilə iki görüş keçirib.
 
Universitetin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, ADU-nun bütün fakültə və kafedralarının professor-müəllim heyətini əhatə edən görüşdə 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və normativ sənədlərə uyğun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
 
Ə.Abdullayev imtahan sessiyası dövründə yarana biləcək hər hansı problemi dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədi ilə universitetdə Operativ Qərargah yaradıldığını diqqətə çatdırıb. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahanda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görsünlər.

Ə.Abdullayev qeyd edib ki, imtahan qaydalarının pozulması hallarına göz yuman və buna şərait yaradan nəzarətçilər və fənn müəllimləri dərhal imtahandan kənarlaşdırılacaq. Belə halların qarşısını almaq üçün hər bir imtahandan əvvəl nəzarətçilər və fənn müəllimləri ilə görüş keçirilməli və müvafiq izahat işləri aparılmalıdır. Ə.Abdullayev bildirib ki, imtahanın təşkili və keçirilməsi ilə bağlı əsasnamə və təlimatları, habelə ADU üzrə əmrlərin tələblərini pozan şəxslər barədə ciddi tədbir görüləcək.

Görüşdə professor və müəllimlərin tədris prosesinin təşkili, bu prosesin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə cavab verməsinin təmin edilməsi ilə bağlı təklifləri də dinlənilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol