• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq gənclər təşkilatının icraçı direktoru ilə görüş

Beynəlxalq gənclər təşkilatının icraçı direktoru ilə görüş
29.12.2016 17:21
25-26 dekabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Sodrujestvo” beynəlxalq gənclər təşkilatının icraçı direktoru Maqomed Aliyevin Bakı şəhərinə səfəri baş tutub.

Səfər MDB, Baltikyanı və Qafqaz ölkələrinin gəncləri arasında əməkdaşlıq əlaqələri qurulması və mövcud əlaqələrinnin təkmilləşdirilməsi məqsədilə həyata keçirilib.

Səfəri çərçivəsində "Sodrujestvo” beynəlxalq gənclər təşkilatının icraçı direktoru Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun rəhbər şəxsləri ilə görüşüb. Görüş zamanı ölkələr arası gənclər siyasətindən danışılıb və əməkdaşlıq əlaqələrindən bəhs olunub.

Səfəri çərçivəsində növbəti görüş dəyirmi masa formatında ARGTMŞ Gənclər Evində Milli Şuranın üzvü olan gənclər təşkilatları ilə keçirilib. Dəyirmi masada ilk öncə Beynəlxalq təşkilat haqqında ətraflı məlumat verilib. Təşkilatın 2016-cı il üzrə əsas gördüyü işlərdən danışılıb növbəti illər üçün planlaşdırdığı layihələr haqqında məlumat verilib. Daha sonra MDB gəncləri arasında əməkdaşlığın artırılması üçün şəraitin yaradılması və gənclərin fəallığın artırılması mövzusunda müzakirələr aparılıb.

Xatırladaq ki, "Sodrujestvo” beynəlxalq gənclər təşkilatı gənclərin qanuni hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasına təşviq etmək məqsədilə yaradılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol