Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə mülki aviasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə səlahiyyətli orqan - Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin daimi diqqəti nəticəsində ötən 10 il ərzində bu sahədə nəzarət sistemi formalaşdırılmış və Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini, həmçinin uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və aeronaviqasiya sahələrini tənzimləyən əsas sənədlər hazırlanıb.
Çox qısa zaman kəsiyində Administrasiya ölkəmizdə mülki aviasiyanın inkişafına böyük töhfə verib. Onlarla beynəlxalq təşkilat və dövlət qurumları ilə danışıqlar aparılıb, bunun sayəsində yeni sərnişin və yük marşrutlarının açılması ilə bağlı razılaşmalar əldə olunub. 2006-2016-cı illərdə 14 ölkə ilə Hava əlaqəsi haqqında Sazişlər imzalanmağa hazırlanıb və Azərbaycan Respublikası Höküməti səviyyəsində imzalanıb. 20 ölkənin aviasiya administrasiyaları ilə isə belə Sazişlərin mətnləri razılaşdırılıb.
Azərbaycan Mülki Aviasiya Administrasiyası mülki aviasiyanın inkişafı, yeni aviadaşıyıcıların cəlb olunması və yeni beynəlxalq istiqamətlərin açılması məsələsində bundan sonra da səylə çalışacaq.
Fürsətdən istifadə edərək Mülki Aviasiya Administrasiyası öz adından qarşıdan gələn Yeni İl və Həmrəylik Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























