• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil üçün yeniliklər açıqlandı

Xaricdə təhsil üçün yeniliklər açıqlandı
30.12.2016 16:08
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının ikinci layihəsində nəzərdə tutulan yeniliklər açıqlanıb.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Dövlət Proqramının ikinci layihəsi artıq tərtib olunub və hazırda müzakirəsi gedir.

İkinci proqramın məntiqi və fəlsəfəsinin birinci proqramdan seçildiyini deyən nazir qeyd edib ki, burada artıq məqsəd xarici ali təhsil müəssisələrində qısa müddətdə mütəxəssis yetişdirmək deyil, ali təhsil sistemimizin səviyyəsini artırmaq, proqram vasitəsilə beynəlmilləşməsini təmin etməkdir:
 
"Biz bu proqramda iki komponent görürük. Birinci komponent yalnız magistr və PHD səviyyəsində təhsilini davam etdirmək istəyən soydaşlarımıza imkan verməkdir. Bir qayda olaraq, onlar sonradan biznes sahəsində, dövlət qurumunda, özəl sektorda, ali məktəbdə və Azərbaycan Milli Elmlər Akademiyasında işləyə biləcəklər. İkinci komponent isə seçilmiş ali təhsil müəssisələrimizdə ya yeni yaradılan ixtisas sahələrinin ehtiyaclarını ödəmək, ya da mövcud olan, lakin bu gün dünya səviyyəsində olmayan fəaliyyətin təşkil edilməsi üçün professorların gətirilməsidir. Bununla biz universitetlərimizdə tədrisin keyfiyyətinə müsbət təsir etmiş oluruq. Digər tərəfdən bu alətlə proqramdan faydalanan tələbələrin sayını genişləndiririk”.  
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol