• $
  • €
  • ₽
  • ₺
  • £

Həkim reseptləri elektronlaşdırılacaq

Həkim reseptləri elektronlaşdırılacaq
30.12.2016 14:52
Azərbaycanda rəqəmli reseptlər yaradılacaq.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir ki, rəqəmli resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaq.
 
Hazırda həkimlər tərəfindən reseptlər əl ilə yazılmaqla kağızlarda təqdim olunur. Bundan əlavə, həkimlər yazdıqları reseptlərin sayı və növünü özündə əks etdirən hesabat hazırlayırlar. Pasiyent kağız resepti əczaçıya təqdim edir və əczaçı resepti öz məlumat sisteminə daxil etdikdən sonra müvafiq dərmanları təqdim edir. Pasiyentlər əl ilə yazılmış kağız resepti itirdikləri və ya bu reseptlər yararsız hala düşdüyü hallarda, öz həkimləri ilə yenidən görüş təyin etmək məcburiyyətində qalırlar.
 
Rəqəmli resept sisteminin tətbiqi məqsədilə elektron səhiyyə proqramı çərçivəsində rəqəmli resept standartları işlənib hazırlanacaq. Rəqəmli resept sisteminə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək, həkimlər pasiyentin unikal elektron identifikasiya nömrəsinə uyğun rəqəmli resept tərtib edərək mərkəzi elektron tibbi uçot sisteminin yaddaşına ötürəcəklər. Pasiyent tərəfindən istənilən əczaçıya müraciət edilərək şəxsiyyət vəsiqəsi və ya rəqəmli resept nömrəsi təqdim edilməklə və əczaçı tərəfindən həmin məlumatlar rəqəmli resept sistemində yoxlanılmaqla, tələb edilən dərman ləvazimatları əldə olunacaq.
 
Rəqəmli resept sisteminin tətbiqi nəticəsində proseslərin izlənməsinə, daha effektiv şəkildə idarə edilməsinə və tibbi prosedurlara dair məlumatların tənzimlənmiş dövriyyəsinə şərait yaranacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol