• $
  • €
  • ₽
  • ₺
  • £

“Hər bir gəncimizin uğuru dövlətimizin uğurudur” – MÜSAHİBƏ

“Hər bir gəncimizin uğuru dövlətimizin uğurudur” – MÜSAHİBƏ
30.12.2016 16:20
"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramovun müsahibəsini təqdim edirik.

Rəşad Bayramov: "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası klassik maarifçilərimizin müasir fəaliyyət formasıdır.

"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası üçün 2016-cı il necə keçdi?

Ümumiyyətlə, qeyd etməliyəm ki, 2016-cı il "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası üçün uğurlu bir il oldu. İlin əvvəlindən bu günə kimi kampaniya olaraq 10-dan artıq layihəni həyata keçirmişik və bu layihələrdən 5-i uzunmüddətli layihələr olub ("Tələbə Diplomatlar Məktəbi”, "Uğur Akademiyası”, "Tələbədən-Tələbəyə”, "ÖZ Akademiyası” və "ÖZ Media Məktəbi”). Bu layihələrdə iştirak edənlərin əksər hissəsini gənclər, xüsusən də tələbələr təşkil edib. Ümumilikdə, bu il həyata keçirdiyimiz layihələrin 800-dən artıq iştirakçısı olub. Layihələr çərçivəsində həyata keçirilən təlimlər, görüşlər və digər tədbirlərdə təhsil və maarifləndirmə başda olmaqla, layihə iştirakçılarının maraqlarını nəzərə aldıq. Qeyd etdiyim kimi, il ərzində həyata keçirilən layihələrin iştirakçılarının əksər hissəsini tələbələr təşkil edib. Əlavə olaraq bildirək ki, bu layihələrdə Azərbaycanın 21 müxtəlif universitetinin , o cümlədən 3 kollecin tələbələri iştirak edib. Bundan başqa Quba, Qobustan rayonlarından layihələrimizin iştirakçıları olub.  Bununla yanaşı, il ərzində kampaniya  olaraq,  müxtəlif layihələr çərçivəsində Bakı şəhərində yerləşən universitetlər və kolleclərdə, o cümlədən orta məktəblərdə müntəzəm şəkildə şagird və tələbələrlə görüşlərlərdə fəal iştirak etdik, öz fikirlərimizi iştirakçılarla bölüşdük. Həmçinin, kampaniyamızın üzvlərinin digər layihələrdə də,  aktiv iştirak etmələrinə, onların yanında olmağa, onlara hər zaman kömək etməyə çalışırıq. 

Keçirilən layihələr əsasən hansı sahələri daha çox əhatə edir?

Həyata keçirilən layihələrimiz müxtəlif sahələri əhatə edib. "Tələbə Diplomatlar Məktəbi” layihəsi, Beynəlxalq Münasibətlər və Diplomatiya sahəsində təhsil alan və bu sahəyə maraq göstərən gəncləri özündə birləşdirən bir layihə oldu və layihə çərçivəsində dəvət edilmiş qonaqlar məhz bu sahədə olan bilik və təcrübələrini iştirakçılarla bölüşdülər. "Uğur Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə gənclərin daha çox maraq sahələrinə uyğun təlimlər təşkil etdik.  "Tələbədən Tələbəyə” və " ÖZ Akademiyası” layihələri əsasən gənclərin özünüinkişafı ilə bağlı olan layihələrdir. Bu layihələr çərçivəsində layihə iştirakçıları "Motivasiya”, "Ünsiyyət bacarıqları”, "Təqdimat bacarıqları”, "Layihələrin yazılması və idarə olunması”, "Zamanın idarə olunması” və başqa mövzularda təlimlərdə iştirak etmək şansı əldə etdilər. "Multimedia Məktəbi” və "ÖZ Media Məktəbi” layihələrində Azərbaycanın tanınmış jurnalistləri öz fikirlərini bu sahəyə marağı olan gənclərlə bölüşdülər. Bundan başqa, il ərzində marketinq, xaricdə təhsil və başqa mövzularda da təlim layihələri həyata keçirildi.

Layihələrdə iştirak edən gənclər nələr əldə etdilər?

Layihələrdə iştirak edən gənclərin nə əldə etdiklərini tam dəqiq deyə bilmərəm. Çünki bu onların həmin layihələrə necə münasibət göstərmələrindən asılıdır. Qeyd edək ki, daha çox təlimlərdə onlar özlərini göstərməyə çalışırlar. Bu gün bir çox gəncin əsas problemi, onların öz fikirlərini bölüşməkdən çəkinmələridir. Bəzi gənclərin çox gözəl fikirləri olduqları hiss edilsə də, onlar öz fikirlərini deməkdən qorxurlar. Biz də, kampaniya olaraq, özünü inkişaf təlimlərinə xüsusi yer ayırmağa çalışdıq. "Tələbədən-Tələbəyə” layihəsinin əsas fərqi o idi ki, burada həm təlimçilər, həm də iştirakçılar tələbələr idi və bu layihə bir çox tələbə üçün öz fikirlərini demək qorxusundan azad etdi. Belə problemlərin səbəblərindən biri də, elə onların cəmiyyətdə üzləşdiyi problemlərdən irəli gəlir. Belə ki,  onlar öz ailələrində, tanışları arasında, hətta universitetlərdə danışmaq problemi yaşayırlar. Ya onların fikirlərinə çox diqqət edilmir, ya da heç ümumiyyətlə dinləmirlər. Bu isə onların özlərinin inamlarının aşağı düşməsinə gətirib çıxarır. Bundan savayı onlar təlimlər çərçivəsində keçirilən seminarlarda, komanda işində iştirakın vacibliyini, ünsiyyət və dinləmə bacarıqlarını da kəşf etdilər. Təlimin daimi və fərqlənən iştirakçıları sonda sertifikat və diplomlarla təltif edildilər. 2016-cı ilin sonundan tələbə və gənclərimizi ziyalılarımızla, millət vəkillərimizlə, cəmiyyətin seçilib-sevilən şəxsləri ilə görüşlərini təşkil etmək qərarına gəldik. Çünki, gənclərimizin nümunə yaratmış şəxslərlə görüşdürmək lazımdır ki, gələcək nümunələri də biz gənclər yaradaq. Bu ilin dekabr ayında "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası olaraq Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Millət Vəkilimiz Asim Mollazadə ilə gənclərin görüşünü təşkil etdik. Görüş zamanı təhsilimizin və gəncliyimizin gələcək olduğunu müzakirə etdik. Asim müəllim gənclərin suallarını cavablandırdı. Biz də kampaniya olaraq hörmətli millət vəkilimizi "Təhsilin dostu” mükafatı ilə təltif etdik. Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində atılan hər bir addım, deyilən hər bir söz təhsilimizin inkişafına xidmət edir. Biz birlikdə vətənimizə daha çox müsbət xidmətlər göstərə bilərik.

Hazırda gənclərimizin gördüyü işləri necə qiymətləndirirsiniz?

"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası 2013- cü ildən fəaliyyətə başladığı zamandan bu günə kimi, təhsili, maarifləndirməni prioritet hesab edir. "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası klassik maarifçilərimizin müasir fəaliyyət formasıdır. Fikir dəyişməyib, metod dəyişib. Biz çalışırıq ki, təhsilli və bacarıqlı gənclərin sayı ölkəmizdə çoxalsın. Bununla biz həm dövlətmizin, həm də cəmiyyətimizin inkişafına nail olmağa çalışırıq. Bəzən bunu təmənnasız etdiyimiz üçün, bizə təəcüblə baxır və ya gülürlər. Amma biz işimizdən zövq alırıq. Biz təhsilli gələcək üçün çalışırıq. Bundan sonra da, bu missiyanı davam etdirəcəyik!

Müasir gənclərin əldə etdiyi uğurlar hansılardır?

Ümumbəşəri dəyərlərə inteqrasiya yolunu seçən Azərbaycan Respublikası, öz gənclərinə hazırda kifayət qədər şərait yaradıb. 10 il öncənin gəncliyi ilə müqayisədə 2016-cı ilin gəncliyinin imkanları daha çoxdur. Bu gün gənclər hər bir sahədə dövlətimizin mühüm bir hissəsinə çevrilib. Gənclər artıq təkcə layihələrdə iştirakçı kimi yox, həm də təşkilatçı və meneceri olurlar. Ölkədə keçirilən əksər beynəlxalq və yerli layihələrin əsas hissəsini gənclər təşkil edir. Digər tərəfdən isə bu gün gənclər müasir texnologiyalardan daha rahat və müstəqil istifadə edə bilir. Belə bir şəraitin yaradılmasında isə əsas yeri dövlətimiz gənclərə yatırdığı investisiyalardır. Beləliklə, gəncliyindən səmərəli istifadə edən gənclər, uğurlar qazanır. Hər bir gəncimizin uğuru dövlətimizin uğurudur.

Gənclərin təhsilə marağını hansı yollarla artırmaq olar?

Heç kimə sirr deyil ki, tərəqqinin əsasını elm və təhsil təşkil edir. Təhsil elə bir anlayışdır ki, daim dəyişir və mükəmməlləşir.  Baxmayaraq ki, bu gün Azərbaycanda təhsilin keyfiyyətinin qaldırılmasına dair bir sıra addımlar atılıb, müasir standartlara çatan ali və orta məktəblər istifadəyə verilib, lakin bu addımlar Azərbaycan təhsilinin ümumi səviyyəsinə təsir etməyib. Xüsusən də hər il ali təhsil müəssisələrində qəbul zamanı təhsildəki problemlərin həndəsi silsilə ilə artdığının şahidi oluruq. Digər bir tərəfdən isə tələbələrin Universitetə daxil olduqdan əksər hissəsi düşünür ki, daha öz üzərində çalışmaq lazım deyil. Amma təhsil elə bir vasitədir ki, sən təhsil aldıqca, özünü inkişaf etdirdikcə, təhsil də öz bəhrəsini sənin həyatında göstərir. Bu gün Azərbaycan sağlam və azad bazar iqtisadiyyatına keçir. Bu isə o deməkdir ki, universiteti bitirdikdən sonra diplomdan çox, insanın bilik və bacarıqları, o cümlədən əmək bazarında rəqabətə davamlılığı əsas götürülür. Bu isə o deməkdir ki, hər bir gənc universiteti bitirdikdən sonra bu rəqabətə tab gətirə biləcək dərəcədə nəzəri biliklərə və praktiki təcrübəyə malik olmalıdır. Nəticədə universitetlərdə tələbələr üçün nəinki ixtisas fənləri peşəkar səviyyədə keçilməklə kifayətlənməlidir, hətta universitetlər özləri tələbələrə ictimai aktivliyə və könüllü fəaliyyətə sövq etməlidir. Çünki, tələbəlik 4 ildir və burada yalnız o auditoriyalar görür. 4 il bitdikdən sonra isə həmin tələbələr tam başqa bir həyata qədəm qoyurlar. Burada olan həyat imtahanları isə daha ağır olur. Təhsilə marağı artırmaq üçün, təhsilə daim yeniliklər gətirilməli, təhsildə köklü islahatlar aparılmalı, gəncləri təhsilin uğur açarı olduğuna inandırmalıyıq.

Uğurlu tələbə necə olmalıdır?

Uğurlu tələbə azad tələbədir. O tələbə ki, öz azadlığı ilə 3 əsas keyfiyyətini formalaşdırır - məsuliyyət, yaradıcılıq və cəsarət. Bu 3 keyfiyyətə sahib olmayan tələbə uğurlu ola bilməz. Bunların biri əskik olanda belə tələbə natamam sayılaraq universitet illərini özünü inkişaf etdirəcək və yaradıcılığına təsir edəcək heç bir fəaliyyət göstərmədən ancaq oxumaqla keçirir, ya ümumiyyətlə niyə universitetə daxil olduqlarını bilməyən, tələbə dili ilə desək, "avara tələbələr”. Biz isə çalışırıq ki, sabahımızın cəmiyyəti bu gün həm təhsillərinə önəm verən, həm də özlərini inkişaf etdirən, aktiv və yaradıcı tələbələrdən ibarət olsun. Kampaniyamızın 3 əsas açar sözü var, "Təhsil”, "Gənclik” və "Gələcək”. Bunu hər bir çıxışımızda və müsahibələrimizdə bildirməkdən bezmirik. Təhsil uğur qazanmaq istəyən  hər bir gənc üçün ən əsas vasitədir. Gənclik  uğurlu gələcəyin bu günüdür. Gələcək isə təhsilli, bacarıqlı gəncliyin məntiqi nəticəsidir.

2017-ci ildə hansı yeniliklər olacaq?

Hər il olduğu kimi, 2017-ci il də bizim üçün təhsil ilidir. Biz hər zaman bütün yeniliklərə təhsil deyirik. Yola davam edəciyik.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol