Nazir: "Bu il Azərbaycanda 18 nəfərə qaraciyər köçürülüb"

"İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər, 63 nəfərə böyrək köçürülüb, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb”.
"Report”un məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev qurumun ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
O bildirib ki, 42 sümük iliyi transplantasiyası icra edilib: "İnsanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq, əgər əvvəllər bölgələrdə baş tutan qəbullara gələnlərin sayı 50-60 vətəndaş olurdusa, artıq bu rəqəm dəfələrlə aşağı düşüb. Bu da vətəndaşların razılığının nəticəsidir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























