• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal dəyişmələr çaylara təsir göstəribmi?

Qlobal dəyişmələr çaylara təsir göstəribmi?
02.01.2017 13:02
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu təbiətdə baş verən qlobal dəyişmələrin Cənubi Qafqazın çaylarına necə təsir göstərdiyini açıqlayıb.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə deyib ki, təbiətdə baş verən qlobal dəyişmələr Cənubi Qafqazın çaylarına hələ ki, heç bir təsir göstərməyib və Böyük Qafqazın cənub yamacının qərb hissəsi caylarının su ehtiyatlarının azalması müşahidə edilmir.

Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacının qərb hissəsi caylarının su ehtiyatlarının azalmasının müşahidə edilməməsinə baxmayaraq, insanların təsərrüfat fəaliyyətləri çayların rejimində bəzi dəyişikliklərin baş verməsinə səbəb olub.

R.Məmmədov bildirib ki, son illərdə insanların təsərrüfat fəaliyyətləri nəticəsində çaylardan suvarma məqsədi ilə arxlar və böyük kanallar vasitəsilə böyük həcmdə su götürülür.

R.Məmmədov onu da qeyd edib ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə aparılan hesablama məlumatlarına əsasən, suvarılan əkin sahəsinin hər hektarı üçün 95% su təminatlı vegetasiya suvarma normasının 4500 m³/ha (suvarma sayının isə 10-a qədər), otlaq və örüşlər üçün isə 3200 m³/ha qəbul edilməsi məsləhət görülür. Sutkalıq içməli su norması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən adambaşına gündə təxminən 130 lıtr (ildə təqribən 47,5 m3) həcmində təklif olunur:

"Qeyd olunan normativlər daxilində apardığımız hesablamalar göstərir ki, iqtisadi rayonun mövcud daxili çay sularının ümumi ehtiyatlarının həcmi (3101 mln.m3) suvarılan torpaqların, otlaq-örüşlərin və əhalinin içməli su təchizatı üzrə hazırkı birgə ehtiyaclarını (967,3 mln.m3) ödəmək üçün yetərlidir və yerli çay sularının ehtiyatlarının cəmi 31,2%-i həcmində qiymətləndirilir. Müəyyən olunub ki, Böyük Qafqazın şimal-şərq yamacı çaylarının çoxillik orta sülb axımının 72%-i (2 mln 260 min tonu) asılı gətirmələr axımının, 19%-i (597 min tonu) diblə yuvarlanan gətirmələr axımının, 9%-i (283 min tonu) isə həll olmuş maddələr axımının payına düşməklə, cəmi 3 mln 140 min ton təşkil edir".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol