Terror aktında ölən Nuranənin cənazəsi Azərbaycana gətiriləcək

Yanvarın 1-nə keçən gecə İstanbulun "Reina” klubuna silahlı hücum nəticəsində öldürülən Azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi Azərbaycana gətiriləcək.
ANN.Az Report-a istinadən xəbər verir ki, bunu mərhumun qohumları belə istəyiblər.
Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.
Qeyd edək ki, əvvəlcə ölən qadının Azərbaycan vətəndaşı olduğu güman edilib, amma sənədlərə baxdıqdan sonra onun Rusiya vətəndaşlığını ortaya çıxıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























