• $
  • €
  • ₽
  • ₺
  • £

Kök adamlar niyə az hərəkət edir? - SƏBƏB

Kök adamlar niyə az hərəkət edir? - SƏBƏB
03.01.2017 10:15
Artıq çəkili insanların "idmançılardan” daha az hərəkət etməsinin səbəbi tənbəllik və öz çəkisini daşımaq ağırlığı deyil.
 
"Cell Metabolism” jurnalında dərc olunan məqalədə bildirilir ki, bunun əsl səbəbi beyində gedən hormonal dəyişikliklərdir ki, bunun da nəticəsində artıq çəkili insanlar hərəkətdən zövq ala bilmirlər.

"Biz bilirik ki, insanların və ya siçanların ümumi fiziki fəaliyyət səviyyəsi onların sağlamlığı ilə bağlıdır. Lakin biz kök insanları daha az hərəkət etməyə nəyin məcbur etdiyini bilmirik. Çoxları düşünür ki, bunun səbəbi artıq çəkidir. Lakin bizim araşdırmamız göstərir ki, bu düşüncə yalnışdır”, — deyə Bethesd (ABŞ) Milli Diabet İnstitutunun əməkdaşı Aleksey Kravitz yazır.

Son illər alimlər piylənməyə səbəb olan müxtəlif mürəkkəb amillər tapıblar. Məsələn artıq çəki qazanmaq ehtimalı insanın tək gen quruluşundan sılı deyil, buna genin hüceyrələrdə necə "qablaşdırıldığı”, bağırsağında hansı bakteriaların olduğu və uşaq vaxtı necə yatdığı da təsir edir.

Məlumdur ki, piylənməyə meyilli insanlar çox hərəkət etməyi xoşlamırlar. Onlar hətta qısa məsafələri qət etmək üçün nəqliyyat, lift və digər daha az hərəkətli üsullardan istifadə edirlər. Kravitz və onun yoldaşları kök və arıq siçanların davranışını izləyərək buna səbəb olan bioloji amilləri tapmağa çalışıblar.

Məlum olub ki, yüksək kalorili qida qəbul edən siçanlarda Parkinson xəstəliyindəki kimi beyində yerləşən "qara cism”dəki hormonların sayı azalıb. "Qara cism”in dağılması isə pis hərəkət etməyə, balansın itirilməsinə və hərəkət zamanı ağrılara səbəb olur. Bu müşahidələr maraqlı bir faktın aşkar olunmasına gətirib çıxardılar: siçanların hərəkət aktivliyi artıq çəki qazanmaqdan əvvəl azalmışdı. Bu isə onu göstərir ki, hərəkətsizliyin səbəbi artıq çəki amili deyil. Əslində isə bunun səbəbi beyin strukturunda baş verən dəyişikliklər olub.

Naməlum səbəblərə görə bol qida beyində olan dofamin reseptorlarının azalmasına gətirib çıxarır ki, bu da canlının hərəkət aktivliyinə təsir edir. "Bu reseptorları kimyəvi blok edəndə və ya gen terapiyası ilə aradan qaldıranda, bütün heyvanlar, həm kökləri, həm arıqları daha az hərkət etməyə başlayırlar. Bu onu göstərir ki, bu reseptorların stimullaşdırılması artıq çəkili insanlara daha çox hərəkət etməyə və bununla piydən azad olmağa imkan verə bilər”, — alimlər bildiriblər. //Trend

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol